Icma.az
close
up
RU
Azərbaycanın təltif etdiyi Qazaxıstan FHN çiləri Video

Azərbaycanın təltif etdiyi Qazaxıstan FHN çiləri Video

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun təltif etdiyi Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 əməkdaşına “Əməkdaşlığa görə” döş nişanı təqdim edilib.

Azərbaycanın Aktaudakı Baş konsulluğundan Axar.az-a verilən məlumata görə, döş nişanlarının təqdim edilməsi üçün fevral ayının 18-də Manqistau Vilayət Administrasiyasının binasında tədbir keçirilib.

Tədbirdə vilayət akimi, Qazaxıstan FHN-in vilayət departamentinin rəisi, Aktau şəhər meri, Qazaxıstan DİN-in vilayət departamentinin rəisi, KİV nümayəndələri və digər rəsmilər iştirak edib.

Tədbirdə çıxış edən baş konsul Ayxan Süleymanlı Qazaxıstan tərəfinin baş vermiş faciəyə həssaslıq nümayiş etdirdiyini bildirib.

Onun sözlərinə görə, qəza baş verdikdən sonra dərhal axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik nümayiş olunub, xəsarət alanlara və yaralananlara təxirəsalınmaz tibbi yardım göstərilib, eyni zamanda, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin nəşlərinin ölkəmizə gətirilməsində, o cümlədən hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verilib.

Baş konsul tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hadisə baş verən gün vilayət rəhbərliyi tərəfindən baş konsulluğun divarı önünə bir neçə masa qoyulub, üzərinə gül çələngləri düzülüb, konsulluğun divarına qazax dilində şüarlar yazılıb: “Yaralılara qan vermək üçün yerli sakinlər xəstəxanaya axın edərək könüllü qan vermişlər, çətin gündə ancaq qardaş xalq bunu edə bilərdi”.

Ayxan Süleymanlı çıxışının sonunda faciə zamanı göstərilmiş köməyə görə Azərbaycan dövləti və xalqı adından, şəxsən öz adından Manqistau vilayətinin akimi Nurdaulet Kilıbaya, vilayətin güc strukturlarının rəhbərlərinə, əməkdaşlarına, tibb işçilərinə, hadisə zamanı yardım edən qazax xalqının nümayəndələrinə dərin təşəkkürünü bildirib və Azərbaycan xalqının bunu heç vaxt unutmayacağını diqqətə çatdırıb.

Sonra baş konsul qəzaya uğramış təyyarənin sərnişinlərinin xilas edilməsi zamanı cəsarət, peşəkarlıq nümayiş etdirmiş Qazaxıstan FHN-in əməkdaşlarına döş nişanlarını təqdim edib, onları təbrik edib və xatirə şəkili çəkdirib.

Xatırladaq ki, 2024-cü ilin dekabrın 25-də AZAL-ın Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 Fevral 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri