Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Azərbaycanın Türkiyədəki qüruru AYGÜN ATTAR HƏŞİMZADƏ

Azərbaycanın Türkiyədəki qüruru AYGÜN ATTAR HƏŞİMZADƏ

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Türk Dünyasının tanınmış alimi, ictimai siyasi xadimi professor Aygün Attar Həşimzadənin anadan olduğu gündür.

Azərbaycan cəmiyyətində çox sevilən və özü haqqında danışmağı xoşlamayan Aygün xanımı daha ətraflı tanıtmaq üçün onun doğum gününü fürsət bildik.

Ailəsinin bir tərəfi Zəngəzur, bir tərəfi isə Qarabağdan, Şuşadandır. Zadəgan Ağamirovların nəslindən olan Aygün xanım Birinci Qarabağ müharibəsinin cəsur komandirlərindən biri rəhmətlik Adil bəyin və döyüşçü Aqil bəyin bacısıdır.

Aygün xanımın böyük bacısı Sona xanım Həşimova 20 Yanvar faciəsindən sonra Moskvada Qorbaçovun uzatdığı əli “bu əldə millətimin qanı var“ deyərək tutmaqtan imtina etmişdi.

Qubadlı rayon partiya komitəsinin katibi Sona xanımın bu cəsarətli davranışı Azərbaycanda böyük rəğbət doğurmuş, xəbər olmuşdu.

Otuz beş ildən artıqdır ki, Türkiyədə fəaliyyət göstərən professorun həyat yoldaşı Sadık Attar Azərbaycanın Güneyindəndir. Təbrizin məşhur Qapalı Çarşısındakı iki yüz illik keçmişə sahib adlı-sanlı ədviyyat tacirlərindən olan Hacı Settar Attaran Ağanın oğludur.

Xoşbəxt və nümunəvi ailə həyatı olan Attar ailəsinin iki qızı, bir oğlu və bir də nəvələri var.

Böyük qızları həkim, kiçik qızları hüquqşünasdır, sonbeşik olan oğlulları isə tələbədir.

Aygün xanım ailə həyatı ilə elmi fəaliyyətini birlikdə davam etdirən fədəkar xanımlarımızdandır. Azərbaycanlıların Türkiyədəki güman yeri, ümid qapısıdır.

Vaxtilə bizim jurnalistlərdən biri onun üçün "Türkiyədəki Azərbaycan" ifadəsini işlətmişdi.

Türkiyə Vəkillər Kollegiyasına uzun illər rəhbərlik edən, Türkiyənin Çexiyadakı hazırkı səfiri, hüquq professoru Mətin Feyzioğlunun deyimi ilə “Əhməd Ağaoğlunun qaldırdığı bayrağı hazırda əlində qürur və cəsarətlə daşıyan, yerə düşürməyən Türk Dünyasının büyük alimi və örnək hocasıdır Aygün Attar“.

Çox sayda elmi əsəri, ondan çox kitab və yüzlərlə məqalələri var. 

Amerikanın "Newsweek" jurnalı 2009-cu ildə Aygün Attarın yazdığı "İranın Etnik Yapısı” adlı əsərini Yaxın Şərqdə olanları anlamaq üçün oxunması tövsiyə edilən yüz əhəmiyyətli əsər siyahısına salıb.

Türkiyənin ən tanınmış jurnalistlərindən olan məşhur siyasi şərhçi Taha Akyol Aygün xanımın yazdığı “Diyarbəkirin Türk Tarixindəki Yeri” əsərini oxuduqdan sonra "Milliyət" qəzetindəki köşəsində professor Aygün Attarın rəhbərliyi altında təcili olaraq bir elmi heyət formalaşdırılması üçün dövlət rəhbərliyinə çağrış edərək “Aygün hocanın elmi əsaslarla ortaya qoyduğu Türkiyənin çoxluq içində birgə yaşam strategiyasına” ölkənin çox ehtiyacı olduğu haqqında bizləri qürurlandıran bir məqalə yazıb.

Arzu edənlər "Google" vasitəsilə məqaləni oxuya bilərlər.

Aygün Attarın iki kitabından Azərbaycan Elm və Təhsil Nazirliyinin qərarına əsasən ali təhsil müəssisələrində dərs vəsaiti olaraq istifadə edilir.

O, Zəngəzurun Azərbaycandan məcburi alındığına, Qərbi Azərbaycanın bizim ata baba torpağımız olduğuna dair gerçəkləri əks etdirən 20-30 il əvvələ aid yazılıb çap olunan çox sayda məqalənin altında imzası olan vətənsevər alimimizdir.

Professor beynəlxalq ictimaiyyət tərəfindən də yaxşı tanınır.

O, BMT-nin qadın və mətbuat forumunun üzvü, onun təşəbbüsü ilə qardaş ölkədə UNESCO ilə birlikdə qurulan gender bərabərliyi mərkəzinin sədridir.

Aygün Attar Əhməd Ağaoğludan sonra Türkiyədə mühüm vəzifələri tuta bilən yeganə soydaşımızdır.

Azərbaycanda anadan olduğu halda dövlət universitetində seçki ilə Türkiyədə rektor olan ilk azərbaycanlıdır.

O, qardaş ölkədə müxtəlif elm ocaqlarında dekan, prorektor və rektor vəzifələrində işləyib, Türkiyə Respublikası Baş nazirinin müşaviri olub.

2021-ci ildən Türkiyə Prezidenti Ərdoğanın rəhbərlik etdiyi Təhlükəsizlik və Xarici Siyasət Şurasının üvzü olan professor Attar beş illik təyin edildiyi bu vəzifəsini də böyük nailiyyətlə yerinə yetirib və vəzifəsinin səlahiyyət müddəti bir neçə gün əvvəl başa çatıb.

Bütün ömrü və yaradıcılığı boyu Azərbaycan başda olmaqla Türk Dünyasına töhfə verən Aygün Attarın dünyanın hər tərəfindən çox sayda aldığı mükafatları var.

Beynəlxalq miqyaslı mükafatlarından bəziləri bunlardır:

(2012)

Dünyanın 104 universitetinin üzv olduğu, mərkəzi Avropada yerləşən Qaradəniz Ölkələri Universitetlər Birliyi Ağı (BSUN) tərəfindən “Üstün Başarı Mükafatı”

(2013)

Kosova Respublikası tərəfindən Türk-İslam Dünyasına Xidmətlərinə görə “Xidmət Nişanı”

(2014)

“Siyasətdə və İqtisadiyyatda 2023 Vizyon” jurnalı tərəfindən Türkiyədə verilən “İlin Rektoru” mükafatı 

(2014)

İngiltərədə, "Oksford"da "Sokrat" mükafatını alan Aygün Attar “İlin rektoru”, rəhbərlik ettiyi Giresun Universiteti isə “Ən yaxşı idarə edilən universitet” seçilib.

(2014)

Qaradəniz bölgəsindəki xidmətlərinə görə Beynəlxalq Qara dəniz sahil yolundakı ən böyük parka “Professor Aygün Attar Gənclik Parkı” adı verilib.

(2015)

Türk Dünyasının Birlik İdeyasına töhfə verdiyinə görə TÜRKSAV tərəfindən “Türk Dünyasına Xidmət" beynəlxalq medalı

(2015)

Qazaxıstan dövləti tərəfindən Türk Dünyasına xidmətlərinə görə “Dövlət Medalı”

(2016)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən A.Attar Azərbaycan naminə fəaliyyətlərinə görə 3-cü dərəcəli "Vətənə Xidmət" ordeni ilə təltif olunub.

(2021)

Azərbaycan Dövlət Diaspor Komitəsi tərəfindən "Diaspor fəaliyyətində xidmətə görə" nişanı 

(2022)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən A.Attar Azərbaycan ilə Türkiyə arasında münasibətlərin inkişafındakı xüsusi xidmətlərinə və xalqlar arasında dostluğun möhkəmləndirilməsindəki roluna görə “Dostluq Ordeni” ilə təltif edilib.

Erməni diasporunın çəkindiyi alimlərdən olan Aygün Attarın elmi yaradıcılığında Azərbaycan həqiqətləri daima ən təməl prioritet olub.

O, vətən torpaqlarımızın işğal altında olduğu illərdə Avropa Parlamentləri daxil olmaqla hər arenada həm elmi, həm ictimai-siyasi mübarizəsini israrla davam etdirib.

Erməni tarixşünaslığının yalanlarını elmi faktlarla ortaya qoyub.

Yürüşlər, mitinqlər, televiziya proqramları təşkil edib, tələbələrini arxasınca apararaq təsirli tədbirlər həyata keçirib.

Aygün xanım Türkiyədə böyük nüfuza sahibdir, o, illər boyu zəhməti ilə əldə etdiyi nüfuzundan daima milli məsələlər üçün istifədə edib. 

Azərbaycana yönəlik xoş olmayan hər təşəbbüs mütləq Aygün xanım tərəfindən anında cavablandırılır.

Erməni əsilli millət vəkili Qaro Paylan haqqında hüquqi mücadilə yolunu seçən Aygün Attar, bir il davam edən məhkəmədən sonra Paylanın deputat mandatını ləğv etdirərək Türkiyədə günlərlə adından söz etdirib, qazetlərdə manşet olub.

Kürdlərin HDP partiya lideri Dəmirtaşın Rusiya səfərində “Qarabağ Ermənistan torpağıdır” bəyənatına görə onu prokurorluğa "vətənə xəyanət" maddəsi ilə şikayət edərək haqqında cinayət işi başlanmasına nail olub.

İllər əvvəl Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin Ankaradakı görüşü zamanı Aygün xanımın “Müasir Dünyanın Ən Böyük Problemi: Erməniçilik” adlı türk və ingilis dillərində çap edilən kitabını əllərində tutaraq ürəkdən güldüklərini əks etdirən bir fotoşəkil var: Ərdoğan Əliyevə “şu hoca var ya, İlham kardeşim, söz konusu Azerbaycan olunca hoca ortalığı sallıyor” deyir və Azərbaycan dövlət başçısı da böyük bir məmnuniyətlə, qürurla gülərək Aygün xanımı təbrik edir.

Professorun Qarabağ savaşı haqqında şəhidlərimizə ithafən yazdığı “44 günün pərdə arxası” adlı son kitabı Azərbaycan və türk dili ilə birlikdə ingilis dilində də çap edilib.

Aygün Attarın müəllifi olduğu bu əsərin elmi redaktoru Türkiyə Təhlükəsizlik Təşkilatının mövcut rəhbəri professor İbrahim Kalındır.

Kitabda Azərbaycan dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən yazılmış təqdimat yazısı yer alır.

2019-cu ildən indiyədək Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının və İdarə heyətinin sədri olaraq “yumşaq güc” fəaliyyətlərini həyata keçirən dünya şöhrətli alimimiz Aygün xanım Attarı ad günü münasibətilə təbrik edir, ona yorulmaz həyat yolunda yeni uğurlar arzu edirik.

Professor Aygün Attar Həşimzadəyə aid arxiv, qəzet xəbərləri və "Google" bilgilərindən topladığımız məlumatlara əsasən ərsəyə gətirdiyimiz bu yazı ömrünü Azərbaycana ithaf edən bir soydaşımıza bizdən Azərbaycan media nümayəndələrinə doğum günü ərməğanı olsun.

Aygün xanımın cild-cild əsərlərə sığacak ömür yoluna biz bu kiçik yazıyla işıq tutmağa çalışdıq.

Səsiniz, nəfəsiniz daim yüksəklərdən gəlsin, qeyrətli vətən övladı, böyük alim.

Çox sevdiyiniz Qubadlıda ən yaxın zamanda görüşmək ümidilə yeni yaşınız mübarək olsun.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Aprel 2025 02:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri