Icma.az
close
up
RU
Aygün Attar bayrağımızı niyə ATDI...

Aygün Attar bayrağımızı niyə ATDI...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alim - professor Aygün Attar Prezident  yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvlüyündən azad edilib.

Şuraya yeni təyinatlar barədə məlumat dünən Türkiyənin "Rəsmi Qəzet"ində dərc olunub. Məlum olub ki, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlarda indiyə kimi bu qurumda çalışan Aygün Attarın adı yer almayıb.

Xatırladaq ki, Aygün Attar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 6 fevral 2021-ci il tarixli əmri ilə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilmişdi. O, daha əvvəl Türkiyədə Giresun Universitetinin rektoru olub.
Bu xəbərin Azərbaycandakı bir sıra elektron KİV-lərdə dərc olunması Aygün Attar və onun ətrafını qəzəbləndirib. Maraqlıdır ki, xanım Attar və ətrafı içlərində boğa bilmədikləri qəzəb və kini xəbəri yayan KİV-lərdən yalnız Modern.az-a doğru püskürüb. Belə ki, onun Əli Əkbər Tufan adlı “katibi” özünün sosial şəbəkə hesabında Modern.az saytına və onun rəhbərinə qarşı tərbiyəsizlik edib.

Modern.az saytının rəhbəri Elşad Eyvazlı azərbaycanlı alim və əməkdaşının hərəkətlərindən təəssüfləndiyini bildirib. O deyib ki, Aygün Attarın Azərbaycan jurnalistlərinə qarşı qəzəbinin kökündə iki il öncə Ankarada baş verən bir hadisə dayanır.
Belə ki, Türkiyədə keçirilən prezident seçkiləri ərəfəsində Azərbaycan Mətbuat Şurasının bir qrup üzvü, azərbaycanlı ictimai fəallar və jurnalistlər Ankarada olarkən xanım Attarın üçrəngli bayrağımıza sayğısız rəftarına şahidlik ediblər. Həmin vaxt Ankarada düzənlənən tədbirdə Aygün Attara kiçik ölçülü Azərbaycan bayraqları verilib ki, əlində saxlasın. Amma o heç kimin gözləmədiyi halda həmin bayraqları yerə atıb. Professorun bu aşağılayıcı hərəkəti Azərbaycandan gedən jurnalistlərin heyrəti və etirazı ilə qarşılanıb.

Tədbirə qatılan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xüsusi Təyinatləların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Bəhruz Məmmədzadə dərhal Aygün Attara etiraz əlaməti olaraq onun yerə atdığı üçrəngli bayraqları götürüb və tədbiri tərk edib.

Saytımıza açıqlamasında qazimiz deyib ki, hadisədən həddindən çox təsirlənib:

"Mənim üçün çox ağır hadisə idi, bayrağımızın atılmasından çox təsirlənmişdim. Ancaq orada Türkiyə ordusunun mənsubları, ali qonaqlar var idi deyə etirazımı səsli formada etmədim. Bayrağımızı yerinə qaytardım və etiraz olaraq dərhal tədbiri tərk etdim".

Elşad Eyvazlı qeyd edib ki, sosial şəbəkədə tərbiyəsizlik edən şəxs həmin sözləri özbaşına yazmayıb və həmin xanımın sifarişini yerinə yetirib.

“İndi belə bir adamın qul-beçələrinin adi bir xəbərə görə dözümsüzcəsinə Modern.az-ı hədəf seçməsi və tərbiyəsizliyi dolayısıyla onun özünün mövqeyini nümayiş etdirir. “Ərdoğan azərbaycanlı alimi vəzifədən azad etdi” başlığında qıcıq doğuracaq nə var? Biz faktı yazmışıq.
Əminik ki, sosial şəbəkədə tərbiyəsizlik edən o şəxs həmin xanımın sifarişini həyata keçirib. Görünür onlar özlərilə bizi qarışıq salırlar. Belə adamların xaricdə Azərbaycan diasporu adından çıxış etməsinin özü də təhlükəli məqamdır. Bayrağımızı yerə atan adamdan nə desən şey gözləmək olar”, - E.Eyvazlı deyib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Aprel 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri