Azərbaycanın üç boksçusu U 19 Avropa çempionatına qələbə ilə başlayıb
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatına start verilib.
"Cebheinfo.az" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 35 ölkənin qatıldığı yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Boksçularımızdan üçü çempionata qələbə ilə başlayıb.
Gülər Hüseynova (51 kq) 1/8 finalda Nataşa Lukiçlə (Serbiya) döyüşüb. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda rəqibini 5:0 (30:26, 30:25, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, avqustun 17-də 1/4 finalda ilk mərhələdən azad olan Patrisia Petrimanla (Macarıstan) qarşılaşacaq.
Əli Əliyev (50 kq) də Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda İmad Bouraouiaya (İtaliya) qalib gəlib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Milli üzvü avqustun 15-də ikinci görüşündə Adrian Zameçiki (Slovakiya) sınağa çəkəcək.
Əli Baxışov (60 kq) da adını 1/8 finala yazdırıb. Təmsilçimiz Artur Avetisyanla (Ermənistan) döyüşdə hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (28:25, 27:26, 27:26, 27:26, 27:26). O, avqustun 16-da Petar Krpanla (Xorvatiya) üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatına avqustun 21-də yekun vurulacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 Avqust 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















