Azərbaycanın uğur düsturu: cəmiyyətdə birlik və ahəngdarlıq
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında İlham Əliyevin dünyaya verdiyi əsas mesaj bu idi
2000-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir.
Budəfəki devizi “Ortaq gələcək naminə dialoq” olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında dərin siyasi, ideoloji narrativlərin səsləndiyi proqram xarakterli çıxışında Azərbaycan Prezidenti İlham Əliyev qloballaşan dünyanın üzləşdiyi çətinlikləri aşmaq, problemləri birlik, anlaşma və ədalət prinsiplərinə söykənərək həll etmək, kənar təsirlərə, yad təmayüllərə qarşı birgə mübarizə aparmaq, daim milli dəyərləri qorumaq kimi tezislərlə yadda qaldı. Dövlətimizin başçısı Azərbaycanın timsalında haqqın, ədalətin zəfər çaldığı məkanda bərqərar olmuş vətəndaş həmrəyliyinin, düşüncə və əməldə bütövləşmiş harmoniyanın nümunəsini açıb göstərdi. Həm də bu həqiqəti bütün çalarları və incəlikləri ilə birlikdə sərgilədi.
Çıxışında “Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır. Bu gün ölkəmizin xarici siyasətinə, iqtisadi göstəricilərinə, roluna, qlobal enerji və daşımalar bazarlarında fəaliyyətimizə baxsanız görə bilərsiniz ki, Azərbaycanın rolu çox böyük dərəcədə artıb” – deyə qeyd edən dövlətimizin başçısı bu gün beynəlxalq münasibətlərdə müşahidə olunan gərginliyin səbəblərini zərgər dəqiqliyi, nişançı sərrastlığı ilə müəyyən etdi: “Bu gün biz meydana çıxan yeni müharibələri görürük. Hər il demək olar ki, bunun şahidiyik. Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər”.
Etiraf etmək lazımdır ki, qlobal gərginliklərin artdığı bir dövrdə Azərbaycanın mədəniyyətlərarası dialoq platformasının əhəmiyyətini qoruyub saxlaması, eləcə çdə beynəlxalq dialoq və sülh təşəbbüslərinə verdiyi töhfələri dünyanın aparıcı gücləri tərəfindən də qəbul olunur. Daha sonra çıxışında bu gün Azərbaycanın qeyri-sabit bir regionda sabitlik adası kimi göründüyünü nəzərə çatdıran İlham Əliyev bu uğurun əldə edilməsində xalqımızın əsrlər boyu daşıdığı multikulturalizm, dini və etnik tolerantlıq ənənələrinin bir irs olaraq qoruduğunu və yaşatdığını Forum iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan xalqının bunu daim yüksək dəyərləndirdiyini bildirən Prezident İlham Əliyev çıxışında onu da xüsusi vurğu ilə diqqətə çatdırdı ki, uğurlu inkişafın, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətdə mövcud olan ahəngdarlıqdır: “Çünki bütün etnik qrupların, dinlərin nümayəndələri Konstitusiyamız əsasında nəinki bərabər hüquqlara malikdir, o cümlədən bir ailə kimi yaşayır”.
***
Milli mənsubiyyətindən, dini əqidəsindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı özünü bu qədim torpağın bir parçası kimi hiss edir. Bu Vətənin övladı olmaqdan qürur duymaq etnik və dini amillərdən daha yüksəkdə dayanır. Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanın həm hərb meydanında, həm də dinc quruculuq sahəsində əldə etdiyi uğurların zəminində məhz milli məfkurəyə söykənən birliyin yaratdığı ahəngdarlıq dayanır. Bu sarsılmaz milli-ideoloji təməl əsrlərlə formalaşıb və indi dünyanın qəbul etdiyi müstəqil siyasətimiz öz bəhrəsini verməkdədir. Azərbaycan liderinin Bakı Forumundakı çıxışında bu postulatı dilə gətirməsi heç də təsadüfi deyildi: “Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb. Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub”.
Azərbaycan Prezidentinin “İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər. Bu da bizim qələbəmizin rəmzidir. Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyası – azərbaycançılıq ətrafında birləşirik” – sözləri həm də etnik, irqi qarşıdurmaların tüğyan etdiyi çağdaş dünyada dərinləşməkdə olan ideoloji qarşıdurmaların mahiyyətinə işıq saldı. Azərbaycanda yaşayan bütün xalqları bir araya gətirən bu birliyin özünü müstəqil tariximizin ən çətin mərhələlərində büruzə verdiyini və bütün sınaqlardan üzüağ çıxdığını vurğulayan dövlətimizin başçısı
Danılmaz həqiqətdir ki, azərbaycançılıq ideologiyası Ümummilli lider Heydər Əliyevin dərin siyasi zəkasının, müdrikcəsinə uzaqgörənliyinin bəhrəsidir. Onun azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin işlənilməsində və cəmiyyətə sirayət edilməsindəki tarixi missiyası bu gün bütün çılpaqlığı ilə özünü göstərir. Bu missiya qədim tariximizdə, Qafqaz Albaniyası dövründə olduğu kimi, bu gün də etnik və mədəni, dini müxtəlifliklərin ailə kimi harmonik şəkildə mövcud olduğu və inkişaf etdiyi Azərbaycan adlı məkandır. Cəmiyyətdə tam bətrqərar olmuş, müharibənin od-alovunda bərkimiş azərbaycançılıq birləşdirici və qurucu ideoloji sistem olaraq dövlətçiliyin qorunmasında da öz sözünü dedi. Bu ideologiya bütün Azərbaycanda yaşayan bütün azsaylı xalqları, etnik azlıqları vahid şətir altında vəhdət halında birləşdirdi. Çünki, bir daha təkrar edirik, bu ideologiyanın əsrlərlə yol gələn zəngin tarixi, həm elmi-fəlsəfi, həm də dövlətçilik təməlləri var.
***
Torpaqlarının 30 illik işğalına dözən Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasız qalmasının fəsadlarını yaşamış ölkədir. Çəkdiyi bütün ağrı-acılara baxmayaraq, hətta öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra da xalqımız bədnam qonşusuna qarşı intiqam, qana-qan kimi hissləri özünə yaxın buraxmadı, humanizm kimi bəşəri dəyərə tapındı, qloballaşan, qütbləşən dünyamızda müharibələrin dayandırılması, sülh quruculuğu prosesinə verdiyi töhfələrlə özünün uğur hekayəsini yazmış oldu. İlham Əliyevin Bakı Forumunda beynəlxalq ictimaiyyətin diqqətinə bu mesajı da ünvanladı.
Bakıda öz işini davam etdirən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında İlham Əliyevin dünyaya verdiyi ən önəmli mesajlardan biri də bu oldu: “Biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik”.
Artıq dünya bizi yaxşı tanıyır. Onu da ərklə yaza bilərik ki, dünyanın hər sahədə və hər müstəvidə nümunə kimi qəbul etməyə ehtiyac duyduğu bir ölkə və bir xalq var. O ölkə Azərbaycan, o xalqın adı azərbaycanlıdır!
İmran BƏDİRXANLI
XQ
Baxış sayı:125
Bu xəbər 27 Oktyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















