Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib Rusiyanın hücumu nəticəsində + FOTOLAR
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.
Mia.az AZƏRTAC-a istinadən xəbər verir ki, raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük bir yarıq əmələ gəlib.
Səfirliyin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.
Hadisə yerinə Ukraynanın müvafiq qurumları da gələrək, dəyən ziyanı araşdırırlar.
Qeyd edək ki, bu, artıq birinci hal deyil. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. Lakin budəfəki ziyan miqyasına görə daha böyük və ciddi olub.
Səfirliyin şəxsi heyəti arasında yaralanan yoxdur.
Kiyev Şəhər Hərbi Administrasiyasının açıqlamasına görə, paytaxt Kiyevə edilən ballistik və dron hücumu nəticəsində azı 4 mülki şəxs ölüb, 30-a yaxın insan isə xəsarət alıb. Xəsarət alanlar arasında uşaq da var.
Hava hücumu nəticəsində 20-yə yaxın ballistik və qanadlı raketlərdən istifadə edilib və 400-dən artıq zərbə dronu atılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 14 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















