Icma.az
close
up
RU
Azərbaycanın ümumi idxalında Çinin payı 19,43% dən 24,77% ə yüksəlib.

Azərbaycanın ümumi idxalında Çinin payı 19,43% dən 24,77% ə yüksəlib.

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracında İtaliya birinci, Böyük Britaniya ikinci, Türkiyə üçüncü, Rusiya dördüncü, Çexiya isə beşinci yerdə qərarlaşıb.

Marja.az xəbər verir ki, Azərbaycanın 10 ən böyük ixrac tərəfdaşına ixracının ümumi dəyəri 23 milyard 130 milyon 265 min dollar təşkil edib. Bu ölkələrin payına Azərbaycanın ümumi ixracının 82,8%-i düşüb.

İTALİYANIN İXRACDA PAYI 40% TƏŞKİL EDİB

2026-cı ilin ilk 10 ayında Azərbaycanın İtaliyaya ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 10 milyon 666 min dollar və ya 10% artaraq 11 milyard 158 milyon 885 min dollara çatıb. Bununla yanaşı, Azərbaycanın ümumi ixracında İtaliyanın xüsusi çəkisi 46,9%-dən 40%-ə düşüb.

BÖYÜK BRİTANİYA AZƏRBAYCANIN İKİNCİ ƏN BÖYÜK İXRAC BAZARINA ÇEVRİLİB

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 3 milyard 479 milyon 792 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə Azərbaycanın bu ölkəyə ixracının dəyəri 278 milyon 13 min dollar olmuşdu. Beləliklə, Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 3 milyard 201 milyon 778 min dollar artaraq 12,5 dəfə yüksəlib.

GÜRCÜSTAN VƏ ÇEXİYAYA İXRAC KƏSKİN ARTIB

2026-cı ilin ilk 10 ayında Azərbaycanın Gürcüstana ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 294 milyon 451 min dollar və ya 52,8% artaraq 851 milyon 846 min dollara çatıb. Çexiyaya ixracın dəyəri 273 milyon 330 min dollar və ya 38,9% artaraq 976 milyon 572 min dollara yüksəlib.

Rumıniyaya ixracın dəyəri 38,3% artaraq 697 milyon 341 min dollara, Yunanıstana ixracın dəyəri 3,3% artaraq 686 milyon 747 min dollara, Bolqarıstana ixracın dəyəri isə 5,6% artaraq 682 milyon 590 min dollara çatıb.

Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın idxalında Çin liderliyini qoruyub. İkinci yerdə Rusiya, üçüncü yerdə Türkiyə, dördüncü yerdə ABŞ, beşinci yerdə isə Almaniya qərarlaşıb. Azərbaycanın 10 əsas idxal tərəfdaşından idxal etdiyi məhsulların ümumi dəyəri 10 milyard 898 milyon 183 min dollar təşkil edib. Bu ölkələrin payına Azərbaycanın ümumi idxalının 71,4%-i düşüb.

ÇİNİN AZƏRBAYCANIN İDXALINDA PAYI 25%-Ə YAXINLAŞIB

2026-cı ilin ilk 10 ayında Çindən Azərbaycana idxalın dəyəri 3 milyard 782 milyon 422 min dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 3 milyard 735 milyon 212 min dollar olmuşdu. Beləliklə, Çindən idxal 47 milyon 210 min dollar və ya 1,3% artıb.

Azərbaycanın ümumi idxalında Çinin payı 19,43%-dən 24,77%-ə yüksəlib.

RUSİYA VƏ TÜRKİYƏNİN İDXALDAKI GÖSTƏRİCİLƏRİ BİR-BİRİNƏ YAXINLAŞIB

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Rusiyadan idxalının dəyəri 1 milyard 188 milyon 381 min dollar və ya 37,4% azalaraq 1 milyard 988 milyon 52 min dollara düşüb.

Türkiyədən idxalın dəyəri isə 12 milyon 635 min dollar və ya 0,6% artaraq 1 milyard 961 milyon 744 min dollara çatıb. Beləliklə, Rusiyadan və Türkiyədən idxalın dəyəri arasında fərq cəmi 26 milyon 307 min dollar təşkil edib.

ABŞ VƏ ALMANİYADAN İDXAL AZALIB

2026-cı ilin ilk 10 ayında ABŞ-dan Azərbaycana idxalın dəyəri 284 milyon 642 min dollar və ya 28,3% azalaraq 722 milyon 41 min dollara düşüb. Almaniyadan idxalın dəyəri isə 65 milyon 101 min dollar və ya 9,3% azalaraq 636 milyon 289 min dollar təşkil edib.

İrandan idxalın dəyəri 2,4% azalaraq 497 milyon 762 min dollara, İtaliyadan idxalın dəyəri isə 5,8% artaraq 431 milyon 629 min dollara çatıb. Belarusdan idxalın dəyəri 23,9% artaraq 344 milyon 521 min dollara yüksəlib.

BÖYÜK BRİTANİYADAN İDXAL 64,6% AZALIB

2025-ci ilin yanvar-oktyabr aylarında Böyük Britaniyadan Azərbaycana idxalın dəyəri 744 milyon 684 min dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 263 milyon 309 min dollara düşüb. İllik müqayisədə Böyük Britaniyadan idxalın dəyəri 481 milyon 375 min dollar və ya 64,6% azalıb.

Azərbaycanın qeyri-neft məhsullarının əsas ixrac bazarları

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixrac bazarı Böyük Britaniya olub. Cari ilin ilk 10 ayında Azərbaycandan Böyük Britaniyaya 3 milyard 479 milyon 653 min dollar dəyərində qeyri-neft sektoru üzrə məhsul ixrac edilib. Bu göstərici Azərbaycanın ümumi qeyri-neft ixracının 49,3%-ni təşkil edib.

2025-ci ilin eyni dövründə Azərbaycanın qeyri-neft məhsullarının ən böyük ixrac bazarı Rusiya olmuşdu.

2026-cı ilin ilk 10 ayında Rusiyaya qeyri-neft ixracının dəyəri 0,5% artaraq 974 milyon 124 min dollara çatıb. Türkiyəyə qeyri-neft ixracının dəyəri 6,8% artaraq 519 milyon 247 min dollara, Gürcüstana qeyri-neft ixracının dəyəri 84,4% artaraq 504 milyon 326 min dollara, İsveçrəyə qeyri-neft ixracının dəyəri isə 31,7% artaraq 379 milyon 692 min dollara yüksəlib.

Özbəkistana qeyri-neft ixracının dəyəri 98,1% artaraq 119 milyon 232 min dollar, Qazaxıstana qeyri-neft ixracının dəyəri isə 24,5% artaraq 100 milyon 320 min dollar təşkil edib.

AVROPA İTTİFAQI İLƏ TİCARƏT 18 MİLYARD DOLLARI KEÇİB

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanla Avropa İttifaqına üzv ölkələr arasında ticarət dövriyyəsi 18 milyard 273 milyon 868 min dollar təşkil edib.

2025-ci ilin eyni dövründə bu göstərici 17 milyard 378 milyon 310 min dollar olmuşdu. Beləliklə, Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 895 milyon 558 min dollar və ya 5,2% artıb.

Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracı 5,1% artaraq 15 milyard 831 milyon 439 min dollara, bu ölkələrdən idxalı isə 5,4% artaraq 2 milyard 442 milyon 429 min dollara çatıb.

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətində 13 milyard 389 milyon 9 min dollar müsbət saldo yaranıb.

MDB ÖLKƏLƏRİ İLƏ TİCARƏT DÖVRİYYƏSİ 25% AZALIB

2026-cı ilin ilk 10 ayında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 4 milyard 691 milyon 379 min dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 6 milyard 266 milyon 882 min dollar olmuşdu. Beləliklə, MDB ölkələri ilə ticarət dövriyyəsi 1 milyard 575 milyon 503 min dollar və ya 25,1% azalıb.

Azərbaycanın MDB ölkələrinə ixracı 15,1% artaraq 1 milyard 682 milyon 900 min dollara yüksəlib, idxalı isə 37,4% azalaraq 3 milyard 8 milyon 479 min dollara düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://marja.az
archiveBu xəbər 26 Noyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri