Icma.az
close
up
RU
Azərbaycanın üzünə qapanan SİYAHI

Azərbaycanın üzünə qapanan SİYAHI

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün dünyanın ən gəlirli sahələrindən biri də turizmdir.

Təsadüfi deyil ki, dünyanın bir sıra ölkələri artıq bu sektorda tanınır. Mövsümdən asılı olmayaraq əhali turizm ölkələrinə üz tutur. 

UNWTO dünyanın ən çox səyahət edilən 20 ölkəsini açıqlayıb. BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) dərc etdiyi son məlumatlara görə, dünya üzrə səyahət etmək istəyi 2024-cü ildə pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Məlumata görə, 2024-cü ildə 1,47 milyard beynəlxalq səfər edilib. Fransa yenidən siyahıya başçılıq edir. 

Paytaxtı Paris və Fransa Rivierası kimi bölgələri ilə diqqət çəkən ölkə təxminən 102 milyon beynəlxalq turisti qəbul edib. 2024-cü il Paris Olimpiadası da bu marağın artmasına səbəb olub. Turistlərdən böyük tələbat görən İspaniya Balear və Kanar adaları ilə birlikdə Barselona, Madrid və Sevilya kimi şəhərlərlə ikinci olub. Ötən il ölkəni 93,8 milyon ziyarətçi qəbul edib. Üçüncü yerdə 72,4 milyon ziyarətçi ilə ABŞ gəlir. 

Nyu- York, Los-Anceles və Las- Veqas kimi böyük şəhərlər diqqəti cəlb edir. Dördüncü yerdə olan Türkiyə 2024-cü ildə 60,6 milyon turistə ev sahibliyi edib. İstanbul və Egey və Aralıq dənizi sahillərindəki istirahət mərkəzləri diqqət çəkən istiqamətlər arasında olub. 

İtaliya beşinci, Meksika, Çin, Böyük Britaniya, Almaniya və Yaponiya üçüncü yerdədir. Yaponiyadakı böyük artım diqqəti cəlb edib. Zəif yen məzənnəsi sayəsində ölkə 47 faiz artımla 36,9 milyon turistə çatıb. 

Digər tərəfdən, Avropada dağ və ada istiqamətləri seçildiyi halda, Asiya ölkələrində turizmin bərpası diqqəti çəkir. Səudiyyə Ərəbistanı 2019-cu illə müqayisədə beynəlxalq ziyarətçilərinin sayını təxminən iki dəfə artırıb. Ən çox ziyarət edilən 20 ölkə (2024)  bunlardır:

Fransa – 102 milyon 
2.İspaniya – 93,8 milyon
3.ABŞ – 72,4 milyon 
4.Türkiyə – 60,6 mln 
5.İtaliya – 57,7 milyon 
6.Meksika – 45 milyon 
7.Çin – Rəsmi məlumat yoxdur 
8.Birləşmiş Krallıq – Təxminən 39 milyon 
9.Almaniya – 37,5 mln 
10.Yaponiya – 36,9 milyon 
11.Yunanıstan – 36 milyon 
12.Tayland – 35,5 milyon 
13.Avstriya – 32,2 mln 
14.Birləşmiş Ərəb Əmirlikləri 
15.Səudiyyə Ərəbistanı – 29,7 milyon 
16.Portuqaliya 
17.Malayziya 
18.Honq Konq 
19.Hollandiya – 21,3 milyon 
20.Hindistan – 20,6 milyon.

 Azərbaycanda turizm prioritet olsa da, hələlik dünyanın inkişaf etmiş ölkələri sırasında yer ala bilmir. Ölkəyə ən çox turist pandemiyadan öncə gəlib ki, bu da 3 milyon nəfər təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan 2 dəfə, Çindən  1,7 dəfə, İordaniyadan 45,6 faiz, Hindistandan  32,9 faiz, Qırğızıstandan  32,1 faiz, İspaniyadan  28,8 faiz, Yaponiyadan  26,7 faiz, Pakistandan  22,5 faiz, ABŞ-dən  20,2 faiz, Qazaxıstandan  17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən  16,6 faiz, Kanadadan  15,5 faiz, Niderlanddan  10,7 faiz, İtaliya və Misirdən  10 faiz artıb. Qeyd edilib ki, gələnlərin 24,2 faizi Rusiya Federasiyası, 18 faizi Türkiyə, 11 faizi Hindistan, 9 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. 

Gələnlərin 70,2 faizini kişilər, 29,8 faizini qadınlar təşkil edib. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,8 faiz artaraq 27,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,4 faiz azalaraq 117,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 faiz azalaraq 243 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 12,2 faiz artaraq 347,2 min nəfər təşkil edib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,8 faizi hava, 26,6 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib. Göründüyü kimi, Azərbaycana ilin sonunadək 2 milyon turist gələcəyini nəzərə alsaq, ölkəmiz ən çox turist səyahət edən ölkələrin siyahısına düşməsinə hələ uzun illər lazımdır. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Turizm Azərbaycana səfər UNWTO

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri