Icma.az
close
up
RU
Azərbaycanın və Vyetnamın uğurlu əməkdaşlıq etmək potensialı mövcuddur ŞƏRH

Azərbaycanın və Vyetnamın uğurlu əməkdaşlıq etmək potensialı mövcuddur ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq həm regional proseslərdə, həm də beynəlxalq müstəvidə çox ciddi diplomatik fəallıq nümayiş etdirir. Rəsmi Bakı qlobal beyin mərkəzləri ilə strateji əlaqələrini dərinləşdirir və Avrasiya məkanında özünün geosiyasi konfiqurasiyasını formalaşdırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət strategiyası nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri durmadan möhkəmlənir. Dövlətimizin başçısının liderliyi ilə həyata keçirilən çoxşaxəli diplomatiya Vyetnam kimi dost ölkələrlə münasibətlərin dərinləşməsinə mühüm töhfə verir.

"Mövcud reallıqlar kontekstində Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi To Lamın ölkəmizə rəsmi səfərə gəlməsi olduqca əhəmiyyətli hadisədir. Rəsmi Bakı və Hanoy dəyişən dünya nizamının yaratdığı geosiyasi reallıqları nəzərə almaqla ikitərəfli münasibətləri uğurla inkişaf etdirir.

Liderlərin mətbuat konfransında səsləndirdiyi fikirlər, xüsusilə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə zəmin yaradacaq", - deyə G.Ağamalı vurğulayıb.

Deputatın sözlərinə görə, Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasında Ulu Öndər Heydər Əliyev və Ho Şi Minin uzaqgörən fəaliyyəti mühüm rol oynayıb. Sağlam təməl üzərində qurulmuş əlaqələr dövlət rəhbərlərinin və rəsmi şəxslərin qarşılıqlı səfərləri ilə daha da möhkəmlənir. 2024-cü ildə tərəflərin əmtəə dövriyyəsi 223 milyon ABŞ dolları təşkil edib və bu həcmin artırılması üçün kifayət qədər yüksək potensial mövcuddur. Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasına müstəsna xidmətlər göstərib. Məhz tarixi ənənələrin davamı olaraq ölkəmiz tərəfindən bu gün də vyetnamlı tələbələr üçün təhsil imkanları yaradılır və onların neft-qaz, dənizçilik kimi sahələrdə ixtisaslaşmasına öz dəstəyini verir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın və Vyetnamın bundan sonra da uğurlu əməkdaşlıq etmək potensialı mövcuddur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri