Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Avropaya yaşıl enerji nəqlinə yol açılır

Avropaya yaşıl enerji nəqlinə yol açılır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Antalyada COP31 çərçivəsində imzalanan dördtərəfli sazişin strateji önəmi

Azərbaycanın enerji ixracı strategiyasında yeni istiqamət formalaşır. İndiyədək ölkəmizin Avropa bazarlarına çıxışında əsas yeri neft və təbii qaz boru kəmərləri tuturdusa, indi elektrik enerjisinin də regionlararası ötürülməsi üçün infrastruktur yaradılması gündəmdədir. Bu baxımdan Antalyada COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında imzalanan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi xüsusi əhəmiyyət daşıyır.

Noyabrın 10-da imzalanan sənəd Azərbaycanın bərpaolunan enerji mənbələrindən istehsal etdiyi elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına çatdırılması, regional enerji bağlantılarının gücləndirilməsi və ötürmə marşrutlarının şaxələndirilməsini nəzərdə tutur. Sazişi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin müavini Mariam Kvrivişvili və Bolqarıstanın energetika naziri İva Petrova imzalayıblar.

Sənəd çərçivəsində elektrik enerjisinin təhlükəsiz və fasiləsiz ötürülməsi, ölkələrin enerji sistemləri arasında əməkdaşlıq və fiber-optik rabitə infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur. Türkiyənin energetika naziri Alparslan Bayraktar layihəni elektrik enerjisinin “TANAP”ı adlandıraraq, təmiz enerjinin Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu ilə Avropa bazarlarına çatdırılmasının hədəfləndiyini bildirib.

Türkiyəli nazirin bu müqayisəsi təsadüfi deyil. TANAP Azərbaycan qazını Türkiyə ərazisindən Avropaya daşıyan strateji enerji xəttidir. Yeni təşəbbüs isə oxşar marşrut məntiqini elektrik enerjisi sahəsində reallaşdırmağı nəzərdə tutur. Başqa sözlə, Azərbaycanın enerji ixracı modelində qazla yanaşı, bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin də mühüm yer tutması üçün zəmin yaranır.

Qeyd edək ki, COP31 çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi perspektividir. Alparslan Bayraktar Azərbaycanın, Gürcüstanın, Bolqarıstanın və Rumıniyanın bu istiqamətdə danışıqlar apardığını açıqlayıb. Onun sözlərinə görə, layihə Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində böyük həcmdə elektrik enerjisinin ötürülməsinə imkan yarada bilər.

Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanan sazişlə Qara dənizin dibi ilə çəkilməsi müzakirə olunan kabel layihəsi eyni sənəd deyil. Sualtı kabel təşəbbüsündə Rumıniya da iştirak edən tərəflər sırasında yer alır. Bu layihənin reallaşması Qara dəniz hövzəsində enerji əlaqələrinin genişləndirilməsi və Avropa elektrik şəbəkəsinə çıxış baxımından əhəmiyyətli ola bilər.

Belə bir infrastrukturun yaradılması mürəkkəb texniki və maliyyə məsələlərinin həllini tələb edir. Kabelin uzunluğu, ötürmə gücü, dənizin dərinliyi, enerji sistemlərinin uyğunlaşdırılması və layihənin iqtisadi səmərəliliyi əsas müzakirə mövzularıdır. Bu baxımdan COP31-də NKT şirkəti ilə aparılan danışıqlar diqqət çəkir. Şirkət sualtı və quru kabel sistemləri üzrə texnologiyalar təqdim edib, 2 min metrdən artıq dərinliklərdə istifadə üçün sertifikatlaşdırılmış həllərinin olduğunu bildirib.

Bu layihələrin arxasında Azərbaycanın böyük bərpaolunan enerji ehtiyatları dayanır. Energetika Nazirliyinin məlumatına görə, ölkəmizin quruda bərpaolunan enerji üzrə texniki potensialı 135 giqavat, dənizdə isə 157 giqavat qiymətləndirilir. İqtisadi baxımdan səmərəli hesab olunan potensial təxminən 27 giqavatdır. Bunun 23 giqavatı günəş, 3 giqavatı külək, 380 meqavatı bioenerji, 520 meqavatı isə dağ çaylarının hidroenerji ehtiyatlarının payına düşür.

Xəzər dənizi xüsusilə külək enerjisi baxımından böyük imkanlara malikdir. Dənizdəki külək potensialının reallaşdırılması gələcəkdə həm daxili elektrik tələbatının ödənilməsinə, həm də ixrac üçün əlavə enerji həcmlərinin formalaşdırılmasına şərait yarada bilər. İşğaldan azad edilmiş ərazilərdə də günəş və külək enerjisi üzrə geniş imkanlar mövcuddur.

Azərbaycanın enerji siyasətində bu potensialın iqtisadi dövriyyəyə cəlb edilməsi artıq konkret hədəflərlə müşayiət olunur. 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücünün ən az 30 faizə çatdırılması hədəflənir. 2027-ci ilədək ölkədə 2 giqavatdan artıq yaşıl enerji istehsalı güclərinin yaradılması planlaşdırılır.

Bu istiqamətdə xarici investorlarla əməkdaşlıq da genişlənir. COP31 çərçivəsində energetika naziri Pərviz Şahbazov “Vestas”, “ACWA Power” və NKT şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. “Vestas” Azərbaycanın quruda külək enerjisi layihələrinə maraq göstərib. “ACWA Power” ilə yeni külək və Günəş elektrik stansiyalarının, eləcə də ixracyönümlü enerji istehsalı layihələrinin inkişafı müzakirə olunub. NKT ilə isə elektrik enerjisinin ötürülməsi üçün kabel texnologiyaları və mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bu görüşlər göstərir ki, Azərbaycanın enerji strategiyasında istehsal güclərinin artırılması ilə yanaşı, həmin enerjinin istehlakçılara və xarici bazarlara çatdırılması üçün ötürücü şəbəkələrin yaradılması da prioritetə çevrilir. Çünki ixrac imkanları yalnız istehsal olunan enerjinin həcmi ilə ölçülmür. Onun təhlükəsiz, fasiləsiz və iqtisadi cəhətdən səmərəli şəkildə daşınması da eyni dərəcədə vacibdir.

Ölkəmiz Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Avropa bazarlarına çıxarılması istiqamətində də mühüm təşəbbüslərin iştirakçısıdır. 2024-cü il mayın 2-də Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi və yaşıl enerjinin ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.

Layihənin əsas məqsədi Mərkəzi Asiyada istehsal edilən bərpaolunan elektrik enerjisinin Xəzər dənizindən keçməklə Azərbaycana, buradan isə Cənubi Qafqaz və Avropa istiqamətinə çatdırılmasıdır. Bu təşəbbüsün texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı da dəstək verir. 2026-cı ilin yanvarında layihənin birinci mərhələsi üzrə texniki-iqtisadi araşdırmalara başlanılıb. Bu işlər İtaliyanın CESI şirkəti tərəfindən həyata keçirilir.

Beləliklə, Azərbaycanın enerji bağlantıları üzrə təşəbbüsləri bir-birini tamamlayan regional şəbəkə modelinə çevrilir. Mərkəzi Asiyadan Xəzər vasitəsilə Azərbaycana, buradan Gürcüstan və Türkiyə üzərindən Avropaya, digər istiqamətdə isə Qara dəniz vasitəsilə Avropa elektrik şəbəkəsinə çıxış nəzərdə tutulur.

Bu mənzərənin mühüm tərkib hissəsi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirak etdiyi Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizidir. Layihənin texniki-iqtisadi əsaslandırılması üzrə işlərin nəticələri 2026-cı ilin oktyabrında Bakıda təqdim edilib. CESI-nin açıqladığı ilkin göstəricilərə görə, təxminən 3 min kilometr uzunluğunda nəzərdə tutulan sistemin ötürmə gücü 4 giqavat ola bilər. Layihə çərçivəsində 2040-cı ildən etibarən Avropaya ildə təxminən 20 teravatt-saat elektrik enerjisinin çatdırılması potensialı qiymətləndirilir. Layihə üzrə yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi hədəflənir.

COP31 çərçivəsində imzalanan dördtərəfli saziş bu istiqamətdə siyasi və institusional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir. Mərkəzi Asiya-Xəzər, Xəzər-Qara dəniz-Avropa və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan bağlantıları üzrə təşəbbüslər reallaşarsa, Azərbaycan gələcəkdə yalnız enerji istehsalçısı və ixracatçısı kimi yox, müxtəlif regionları birləşdirən yaşıl enerji qovşağı kimi də mövqeyini gücləndirə bilər.

Bu baxımdan qarşıdakı illər Azərbaycanın enerji strategiyasında yeni mərhələnin formalaşması üçün həlledici olacaq. Əsas məsələ imzalanan sənədləri və elan edilən təşəbbüsləri real istehsal güclərinə, işlək ötürücü infrastruktura və uzunmüddətli ixrac müqavilələrinə çevirməkdir. Azərbaycanın yaşıl enerji potensialının Avropa bazarlarına çıxarılması məhz bu mərhələlərin uğurla tamamlanmasından asılı olacaq.

Elşən BAĞIRZADƏ,
iqtisadçı-ekspert

COP31 çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanmış saziş həm qlobal iqlim hədəfləri, həm də region ölkələrinin iqtisadi maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Belə layihələr təmiz enerji istehsalını və ticarətini genişləndirməklə karbon emissiyalarının azaldılmasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və yeni investisiyaların cəlbinə töhfə verə bilər.

Azərbaycan üçün sazişin əsas iqtisadi əhəmiyyəti enerji ixracının şaxələndirilməsi və Avropa bazarlarına çıxış imkanlarının genişlənməsidir. Ölkəmiz neft və qazla yanaşı, günəş və külək enerjisindən istehsal olunan elektrik enerjisinin də ixracatçısına çevrilə bilər. Bu isə yeni investisiyalar, əlavə ixrac gəlirləri və iş yerləri üçün imkanlar yaradır. Eyni zamanda, bərpaolunan enerjinin daxili istehlakda təbii qazı qismən əvəz etməsi qaz ixracının artırılmasına da şərait yarada bilər.

Sazişin mühüm strateji tərəflərindən biri Azərbaycanın Avropa enerji bazarlarına Türkiyə üzərindən çıxış imkanlarının genişlənməsidir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında uzun illər ərzində neft-qaz və nəqliyyat sahələrində formalaşmış əməkdaşlıq bu marşrutun inkişafı üçün etibarlı tərəfdaşlıq zəmini yaradır. Bu baxımdan, yeni yaşıl enerji dəhlizi Azərbaycanın Avropaya enerji ixracının daha təhlükəsiz və dayanıqlı şəkildə şaxələndirilməsinə xidmət edə bilər.

Digər mühüm məqam layihənin Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyaya və Orta Dəhlizin inkişafına töhfəsidir. Orta Dəhliz təkcə yükdaşımalar üçün deyil, həm də enerji və kommunikasiya bağlantılarının inkişafı üçün strateji əhəmiyyət daşıyır. Yeni yaşıl enerji dəhlizi bu istiqamətdə nəqliyyat və enerji infrastrukturunun bir-birini tamamlamasına, türk dövlətləri arasında iqtisadi əlaqələrin dərinləşməsinə və gələcəkdə Mərkəzi Asiyanın yaşıl enerji potensialının da Avropa bazarlarına çıxarılmasına əlavə imkanlar yarada bilər.

Bu sazişin Azərbaycan üçün əsas strateji qazancı yalnız yeni ixrac gəlirləri deyil, həm də ölkəmizin qlobal enerji keçidi şəraitində beynəlxalq enerji bazarlarındakı mövqeyini qoruması və geoiqtisadi əhəmiyyətini gücləndirməsidir. Əlbəttə, bu imkanların real iqtisadi nəticələrə çevrilməsi zəruri infrastrukturun qurulmasından və layihələrin kommersiya baxımından səmərəli həyata keçirilməsindən asılı olacaq.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Noyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri