Azərbaycanın voleybol və futzal yığmaları VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayır
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 4 noyabr, AZƏRTAC
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, Oyunların birinci günündə futzal və voleybol üzrə yarışlar keçiriləcək.
Azərbaycanın voleybol millisi ilk matçda İran seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Futzal millimiz isə A qrupunun I turunda Liviya seçməsini sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi noyabrın 7-də keçiriləcək. Multiidman yarışına noyabrın 21-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:Millimizin VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib
27 Oktyabr 2025 12:38
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycanın voleybol millisinin yarış təqvimi açıqlanıb
01 Noyabr 2025 13:24
VI İslam Həmrəyliyi Oyunları: Təmsilçilərimiz mübarizəyə başlayırlar
04 Noyabr 2025 09:59
İranın qadın futzal millisi İslam Həmrəyliyi Oyunlarında iştirak etməyəcək
11 Oktyabr 2025 15:29
Baxış sayı:38
Bu xəbər 04 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















