Azərbaycanın xarici siyasəti daxili islahatları ilə əlaqəlidir ŞƏRH OLUNDU
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
"Prezident İlham Əliyevin xarici siyasət prioritetləri, eyni zamanda Azərbaycanda daxili təhlükəsizliyin təmin olunması, sərhədlərdə təhlükəsizliyin gücləndirilməsi və bununla da Azərbaycanın regional müdafiə qabiliyyətinin artırılması baxımından xüsusilə önəm kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatılar Mərkəzinin əməkdaşı, siyasi məsələlər üzrə tədqiqatçı Aqşin Kərimov deyib.Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev, Azərbaycanın xarici siyasətdəki mövqeylərini və aktorluq qabiliyyətini beynəlxalq səviyyədə olduqca yüksək mərhələyə qaldıra bilən liderdir: "Zaman keçdikcə Prezident İlham Əliyev ilə hesablaşan dövlət başçılarının və liderlərin sayı artır. Bu siyahıya beynəlxalq güc mərkəzlərinin əsas aparıcı dövlətlərinin rəhbərləri də daxildir. İlham Əliyevin qətiyyəti, prinsipiallığı və strateji intellekti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandı. Prezident İlham Əliyev xalqın dəstəyi ilə, bütün beynəlxalq təzyiqlərə rəğmən, müharibənin davam etdirilməsi barədə qəti qərar verdi və nəticədə Azərbaycan qısa müddətdə həlledici strateji üstünlük əldə etdi.Müharibədən sonra, Azərbaycan post-müharibə dövrünün reallıqlarına uyğun olaraq, daxili idarəetmə prinsiplərində dəyişikliklər etdi, xarici siyasət prioritetlərini yenilədi və strateji genişlənməni xarici siyasətin mərkəzinə qoyaraq yeni tərəfdaşlıqlar formalaşdırdı. Xüsusilə Türkiyə ilə strateji müttəfiqlik daha da gücləndirildi. Bu səbəbdən, Azərbaycanın xarici siyasət modeli və daxili islahatları bir-biri ilə əlaqəli proseslərdir. Bu yanaşma ölkənin mövqeyini möhkəmləndirdi, eyni zamanda kəşfiyyat imkanlarını da artırdı. Bu kəşfiyyat imkanları sayəsində Azərbaycan, əldə etdiyi informasiyalar əsasında təzyiqlərə qarşı qabaqlayıcı tədbirlər görə bilən bir dövlətə çevrilmişdir".
Müəllif: Ziya Hikmətoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 Dekabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















