Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Daha əvvəl xəbər verdiyimiz kimi, aralarında Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundova məxsus “Səmayə Co LTD” MMC də olan bir neçə şirkət barəsində barəsində məhkəmə işi açılmışdı.
Apasport.az xəbər verir ki, məsələ ilə bağlı artıq 17 nəfər saxlanılıb.
Bu barədə APA məlumat yayıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayət əməllərinin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və digər Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin də qanunsuz fəaliyyəti ifşa edilib.
Xatırladaq ki, bir müddət əvvəl Zaur Axundova məxsus şirkət ölkədə siqaret qaçaqmalçılığı ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılan daha üç nəfərlə əlaqəli cinayət işi üzrə təqsirli bilinmişdi.
"Zirə" Türkiyədə 2 yoxlama oyunu keçirəcək "Fənərbaxça" – "Beşiktaş" derbisi bu kanalda AFFA İntizam Komitəsi bölgə klubuna texniki məğlubiyyət verib “Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatdı FIFA reytinqi: Millimiz ili 127-ci pillədə başa vurub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 23 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















