Azərbaycanın xarici ticarət əməliyyatlarında iştirakçıların sayı 54 mini ötüb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan dünyanın 173 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə xarici ticarət iştirakçılarının sayı 54 013 nəfər təşkil edib. Onlardan 43 965 nəfəri fiziki ( illik müqayisədə 7.2% artıb), 10 048 nəfəri isə hüquqi şəxslərdir ( 2% artıb).
Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 166-sı dövlət, 9882-i isə özəl sektorun nümayəndələri olub.
Qeyd edək ki, hesabat dövründə idxal əməliyyatlarının həcmi 15 milyard 52.7 milyon ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı 7 395 ədəd olub. İxrac əməliyyatlarının həcmi isə - 17 milyard 65.4 milyon ABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı – 2 560 ədəd təşkil edib.


