Icma.az
close
up
RU
Azərbaycanın xarici ticarət partnyorlarının sayı 170 ə çatıb

Azərbaycanın xarici ticarət partnyorlarının sayı 170 ə çatıb

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170-ə yaxın ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal edilib. Qeyd edilən dövrdə ölkəmizin xarici ticarət dövriyyəsi 28,2 milyard dollara bərabər olub. Ticarət dövriyyəsinin 14,6 milyard dollarını və ya 51,7 faizini ixrac, 13,6 milyard dollarını (48,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə  957,7 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,4 faiz artıb.

İtaliya və Türkiyə əsas ticari tərəfdaşımızdır

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cəmi ticarət dövriyyəsində əsas ölkələr sırasında İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Böyük Britaniya, ABŞ, Qazaxıstan, Çexiya və Rumıniya yer tutur. Region baxımından əmtəə mübadilələrində Avropa İttifaqı 42 faiz, MDB ölkələri 16 faiz, digər ölkələrin isə payı 42 faizə bərabər olub. Ölkəmizin xarici ticarət dövriyyəsinin 26 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,6 faizi Rusiya, 8,7 faizi Çin, hər biri 3,1 faiz olmaqla Almaniya və Birləşmiş Krallıq, 2,6 faizi ABŞ, 2,1 faizi Çexiya, 1,8 faizi Qazaxıstan, hər biri 1,6 faiz olmaqla Gürcüstan, Bolqarıstan və Xorvatiya, hər biri 1,5 faiz olmaqla Yunanıstan, Rumıniya və İsveçrə, 1,4 faizi Portuqaliya, 1,3 faizi Avstraliya, 1,2 faizi İran, hər biri 1 faiz olmaqla Ukrayna, Meksika və Cənubi Afrika Respublikası, 0,9 faizi Özbəkistan, 13,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Çin idxalda liderdir

Azərbaycanın ümumi ixrac portfelinin strukturunda 7,2 milyard dollarlıq mal nəqli ilə İtaliya yenə ilk yerdə qərarlaşır. Bu, cəmi ixracın təxminən 48 faizi deməkdir. İxracda Türkiyə 2 milyard dollarla ikinci yeri tutur. Sonrakı yerlərdə MDB və Avropa ölkələri dayanır.  İdxalda isə Çin 2,5 milyard dollarlıq mal dəyəri ilə ilk yeri tutur. Sonrakı yerlərdə Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya və digər ölkələr  qərarlaşıb. İdxalda qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, toxuculuq materialları və məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 2 milyard dolları ötüb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı da artıb. Bu dövrdə qeyri neft-qaz məhsullarının ixracı 2 milyard 100 milyon dollara yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə  11,4 faiz artım deməkdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyə, Rusiya, İsveçrə, Gürcüstan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Belarus və ABŞ əsas yerləri tutur.  Qeyri-neft ixracında aqrar-sənaye malları üstünlük təşkil edir. Bu malların strukturunda şəkər ötən ilin müvafiq dövrünə nəzərən 10,9 milyon dollar və ya 55,1 faiz, meyvə-tərəvəz 122,6 milyon dollar və ya 31,9 faiz, kimya sənayesi məhsulları 45,2 milyon dollar və ya 30,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon dollar və ya 19,1 faiz, pambıq iplik 2,6 milyon dollar və ya 18,2 faiz, çay 317 min dollar və ya 8,8 faiz artıb. Qızıl qeyri-neft ixracında ilk yerdə qərarlaşır.

Qeyri-neft məhsullarının qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Export Stream” MMC, “P-AQRO” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC,  “Avrora” MMC, “Sahdag SY”, “UYTROP” MMC, “Green Tech”, “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq” Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” mineral su zavodu MMC dayanır.

Peyk məhsullarının ixracında rekord

Azərbaycanın qeyri-neft ixracında yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri də öz imkanlarını genişləndirib. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 41 ölkəsinə 10,1 milyon dollar dəyərində peyk-telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. Hesabat dövründə peyk-telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində  2,7 milyon dollarla Böyük Britaniya ilk yerə sahibdir. Sonrakı yerlərdə 2,1 milyon dollarla Lüksemburq, 498,9 min dollarla Nigeriya,  461 min dollarla Türkiyə və  417,5 min dollarla Misir qərarlaşıb.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri