Icma.az
close
up
RU
Azərbaycanın yaşıl enerji potensialı Avstriyada təqdim edilib

Azərbaycanın yaşıl enerji potensialı Avstriyada təqdim edilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vyana, 15 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Avstriyaya səfəri çərçivəsində Vyana şəhərində keçirilmiş Beynəlxalq Enerji və İqlim Forumunda iştirak edib, tədbirin “Sərhədlərdən kənarda: regional dəyər zəncirləri və yaşıl sənaye dəhlizləri” dəyirmi masasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, çıxış zamanı Azərbaycanın bərpaolunan enerji sahəsində siyasəti və prioritetləri barədə məlumat verilib, hazırda yaradılmaqda olan və bir sıra ölkələri və regionları birləşdirəcək yaşıl enerji dəhlizləri haqqında danışılıb, bu dəhlizlərin tək infrastruktur baxımından deyil, həm də iqtisadi transformasiya, regional əməkdaşlıq və uzunmüddətli enerji təhlükəsizliyi baxımından mühüm rol oynayacağı qeyd olunub.

C.Abdullayev forum ilə yanaşı BMT-nin Sənaye İnkişafı Təşkilatı tərəfindən təşkil edilmiş "Yaşıl Texnologiya Günləri", "Hidrogen üzrə Beynəlxalq Konfrans" və "Dayanıqlı Soyutma üzrə Forum" tədbirlərinə də qatılıb.

Vyanaya səfər çərçivəsində, həmçinin C.Abdullayev ilə BMT-nin Sənaye İnkişafı Təşkilatının baş direktorunun müavini Ciyong Zou və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktorunun müavini Mixayıl Çudakov ilə ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı ölkəmizin bərpaolunan enerji potensialı barədə məlumat verilib, sözügedən təşkilatlar ilə Azərbaycan arasında müvafiq əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd olunmalıdır ki, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Avstriya hökuməti və Tətbiqi Sistemlər Analizi üzrə Beynəlxalq İnstitut tərəfindən təşkil edilən Vyana Beynəlxalq Enerji və İqlim Forumu dayanıqlı enerji, iqlim fəaliyyəti və yaşıl sənayeləşmə üzrə yüksək səviyyəliqlobal platformadır. 2009-cu ildən etibarən iki ildən bir keçirilən bu foruma son illərdə ölkə liderləri, hökumət və beynəlxalq təşkilatların nümayəndələri, akademik və biznes dairələr və vətəndaş cəmiyyətinin nümayəndələri olmaqla 140-dan çox ölkədən iki minə yaxın iştirakçı qatılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Aprel 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri