Azərbaycanla Argentina arasında iqtisadi əməkdaşlığa dair protokol İMZALANDI
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Buenos-Ayresdə Azərbaycanla Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə protokol imzalanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın Latın Amerikası ölkəsindəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, sənəd Azərbaycan və Argentina arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 2-ci iclasının yekunlarına əsasən imzalanıb. Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Argentina tərəfinə isə beynəlxalq iqtisadi əlaqələr üzrə katib Fernando Brun rəhbərlik edib.
İclasda iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığı, həmçinin sənaye, energetika, səhiyyə, turizm və rəqəmsal texnologiyalar kimi sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.
E. Əliyevin Argentina səfəri çərçivəsində bu ölkənin İqtisadiyyat Nazirliyində və ən iri enerji şirkəti olan YPF-də görüşlər də keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 07 Sentyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















