Azərbaycanla bərpa olunan enerji sahəsində böyük əməkdaşlıq perspektivləri var Gürcü nazir
Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan və Gürcüstanın bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı üçün böyük pespektivlər mövcuddur.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.
O, hər iki ölkənin Cənubi Qafqaz yaşıl dəhlizinin inşasında birgə iştirak etdiyini deyib.
“Bu, əhəmiyyətli tərəqqi və artım gətirəcək yeni strateji, çoxillik əməkdaşlıq istiqamətidir. Gürcüstan və Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafı üzrə də fəal iş aparır. Hər iki ölkənin əsl rəqəmsal haba çevrilməsi üçün böyük potensialı var”, - nazir söyləyib.
L.Davitaşvili Azərbaycanın Gürcüstan üçün önəmli strateji tərəfdaş olduğunu, iqtisadi əməkdaşlığın bütün sahələrində müsbət dinamikanın olduğunu da vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 17 Yanvar 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















