Icma.az
close
up
RU
Azərbaycanla BMT arasında mövcud əməkdaşlığın gündəliyi müzakirə edilib AZƏRTAC

Azərbaycanla BMT arasında mövcud əməkdaşlığın gündəliyi müzakirə edilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində BMT Baş katibinin müavini və BMT-nin layihə xidmətləri ofisinin icraçı direktoru Jorge Moreira da Silva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran, habelə COP29 sədrliyimizdən irəli gələn məsələlər, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov COP29-a hazırlıq işləri barədə ətraflı məlumat verərək, bu çərçivədə BMT ilə sıx əməkdaşlığın əsas prioritetlərimizdən biri olduğunu diqqətə çatdırıb. COP29 çərçivəsində aparılan danışıqlar prosesindən bəhs olunub, əldə edilən uğurların, habelə COP29 çərçivəsində təşkil olunan digər yüksək səviyyəli tədbirlər zamanı gedən aktiv müzakirələrin iqlim fəaliyyətinə töhfə olacağına dair inam ifadə olunub. Ölkəmizin milli səviyyədə “yaşıl enerji” və inkişaf təşəbbüsləri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində “yaşıl texnologiyalar”ın geniş tətbiq edildiyi qeyd olunub. Ölkəmizin bölgədəki bərpa və quruculuq səylərinə əsas hədələrdən birinin davam edən mina təhdidinin olduğu, vətəndaşlarımızın həyat və sağlamlığını təhdid edən mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Qarşı tərəf Azərbaycanın COP29-un təşkil edilməsi zamanı məhz BMT ilə yaxından əməkdaşlıq yanaşmasını tətbiq etməsinin təqdirəlayiq olduğunu və sessiyanın yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb, sədrlik fəaliyyətində ölkəmizə uğurlar arzu edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri