Icma.az
close
up
RU
Azərbaycanla BMT arasında mövcud əməkdaşlığın gündəliyi müzakirə edilib

Azərbaycanla BMT arasında mövcud əməkdaşlığın gündəliyi müzakirə edilib

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində BMT Baş katibinin müavini və BMT-nin layihə xidmətləri ofisinin icraçı direktoru Jorge Moreira da Silva ilə görüşüb.

SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran, habelə COP29 sədrliyimizdən irəli gələn məsələlər, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov COP29-a hazırlıq işləri barədə ətraflı məlumat verərək, bu çərçivədə BMT ilə sıx əməkdaşlığın əsas prioritetlərimizdən biri olduğunu diqqətə çatdırıb. COP29 çərçivəsində aparılan danışıqlar prosesindən bəhs olunub, əldə edilən uğurların, habelə COP29 çərçivəsində təşkil olunan digər yüksək səviyyəli tədbirlər zamanı gedən aktiv müzakirələrin iqlim fəaliyyətinə töhfə olacağına dair inam ifadə olunub. Ölkəmizin milli səviyyədə “yaşıl enerji” və inkişaf təşəbbüsləri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində “yaşıl texnologiyalar”ın geniş tətbiq edildiyi qeyd olunub. Ölkəmizin bölgədəki bərpa və quruculuq səylərinə əsas hədələrdən birinin davam edən mina təhdidinin olduğu, vətəndaşlarımızın həyat və sağlamlığını təhdid edən mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Qarşı tərəf Azərbaycanın COP29-un təşkil edilməsi zamanı məhz BMT ilə yaxından əməkdaşlıq yanaşmasını tətbiq etməsinin təqdirəlayiq olduğunu və sessiyanın yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb, sədrlik fəaliyyətində ölkəmizə uğurlar arzu edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Noyabr 2024 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri