Icma.az
close
up
RU
Azərbaycanla Çinin hərtərəfli strateji tərəfdaşlığı nə vəd edir?

Azərbaycanla Çinin hərtərəfli strateji tərəfdaşlığı nə vəd edir?

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprelin 23-də Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalayıblar. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində imzalanan sənəd həm əhatə dairəsinə, həm də iqtisadi, siyasi əhəmiyyətinə görə xüsusi çəkiyə malikdir. Azərbaycanla Çin arasında davam edən dostluq münasibətləri bu sənədlə daha da möhkəmlənəcək və hərtərəfli strateji tərəfdaşlıq müstəvisində yeni pilləyə qədəm qoyacaq.
Bəyanata diqqət etdikdə, görürük ki, fövqəldövlət və dünya səhnəsində mühüm oyunçu, təsir gücünə malik olan Çin Azərbaycanla əməkdaşlığa yalnız iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi kimi deyil, eyni zamanda regional və qlobal müstəvidə əməkdaşlığı gücləndirmək prizmasından yanaşır. Bu isə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi, Çin kimi qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafının xüsusi önəm daşımasının bir daha təsdiqidir.
Pekində imzalanan bu tarixi sənəddə konkret nələr yer alıb?
O yer alıb ki, hər iki ölkə bir-birini etibarlı və strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiqləyır, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdil qərar verir. Eyni zamanda tərəflər ölkələrinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasında bir-birinə dəstək verdiklərini qətiyyətlə vurğulayırlar. Sənəddə habelə daha yüksək səviyyəli, yüksək dayanıqlı və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılıq ifadə olunub.

Sənəddə Azərbaycanın COP29-u uğurla təşkil etməsi ayrıca qeyd olunub, iki ölkənin qlobal iqlim idarəçiliyinə böyük töhfə verməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı gücləndirməyə davam edəcəkləri ifadə edilib.
Çinin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına tezliklə üzv olmasına dəstəklərinin yer aldığı bəyanatda tərəflər BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan başlıca normalarının qorunmasına səy göstərdiklərini, hegemonluğa və güc siyasətinə qarşı çıxdıqlarını, ümumbəşəri dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin lehinə çıxış etdiklərini, yeni beynəlxalq münasibətlərin və bəşəriyyətin vahid taleyi birliyinin yaradılmasına səy göstərdiklərini bəyan ediblər.
Bəyanatda, habelə Azərbaycan və Çin tərəfindən qarşlılıqlı olaraq ölkələrin irəli sürdükləri qlobal təşəbbüslərə dəstək vurğulanıb, o cümlədən Çin ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) hüquqi statusunun artırılmasını dəstəkləyib.
Kənd təsərrüfatı, sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını bəyan edən Azərbaycan ilə Çin neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrinin kommersiya əsaslı əməkdaşlığının möhkəmləndirilməsi və genişləndirilməsini dəstəkləyiblər.
İki ölkənin enerji, nəqliyyat sahəsində əməkdaşlığının yüksək qiymətləndirildiyi və logistika, daşınmaların səmərəliliyinin artırılmasına dəstəyin yer aldığı bəyanatda Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişə diqqət çəkilib. Bildirilib ki, Çin birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin, yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Hər iki tərəf beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılması və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.
Bəyanatda elmi-tədqiqat müəssisələri və elm adamlarının qarşılıqlı maraq kəsb edən mövzularda birgə tədqiqatlar aparması, tələbə mübadiləsini davam etdirməsi, Azərbaycan və Çin dillərinin tədrisinin təşviqi, müxtəlif tipli təhsil müəssisələri arasında müxtəlif səviyyəli tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılıq da yer alıb.
Böyük siyasi, iqtisadi əhəmiyyətə malik sənəddə tərəflər həmçinin mədəni, turizm, səhiyyə, idman, kinematoqrafiya və televiziya sahələrində əməkdaşlığı genişləndirəcəklərini bildiriblər. Eyni zamanda, ümumvətəndaş pasportuna malik şəxslər üçün vizaların qarşılıqlı ləğvi haqqında hökumətlərarası Sazişin razılaşdırılması və imzalanması alqışlanıb.
Bundan başqa, iki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirmək, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıq, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparmaq, humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Göründüyü kimi, bəyanat iqtisadi və ticarət sahələrini deyil, həm də siyasi, mədəni, hərbi, elmi və texnoloji sahələri əhatə edir. Pekində bu bəyanatla yanaşı, hökumətlərin imzaladığı 20-dən çox sənəd, o cümlədən Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi barədə saziş strateji tərəfdaşlıq münasibətlərinə, qlobal səviyyədə sülhə, sabitliyə və inkişafa, tarixi İpək yoluna yeni nəfəs gətirəcək. Strateji tərəfdaşlıq Azərbaycan ilə Çinin regional və qlobal səviyyədəki maraqlarını gücləndirməyi, mövcud olan əlaqələri daha da dərinləşdirməyi, hər iki ölkənin qlobal təsir gücünü artırmağı vəd edir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 05:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri