Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq Paşinyan
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"TRIPP layihəsinin işə salınması Ermənistan və onun iqtisadiyyatı üçün yeni bir dövrün başlanğıcını qoyacaq".
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də keçirilən illik Konkordiya Zirvəsində panel müzakirəsi zamanı bildirib.
O qeyd edib: "Hazırda regional əlaqəni tam təmin edəcək TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetiririk. TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni bir dövrün başlanğıcını qoyacaq, çünki biz ilk növbədə Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq". pizza hut
N.PaşinyanErmənistanın Türkiyə ilə sərhədinin və bunun bir hissəsi olaraq dəmir yolu əlaqəsinin açılmasını səbirsizliklə gözlədiyini vurğulayıb:
"Ümumiyyətlə, bu, beynəlxalq logistikanı da dəyişdirəcək, çünki beynəlxalq ictimaiyyət Şərq və Qərb arasında yeni bir marşrut qazanacaq".
Ermənistanın Baş naziri əlavə edib ki, onun hökuməti "Sülhün Kəsişməsi" layihəsini də həyata keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 23 Sentyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















