Icma.az
close
up
RU
Azərbaycanla Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar

Azərbaycanla Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sülh sazişini imzalamaq nə qədər əsasdırsa, onun real işləməsini və dayanıqlılığını təmin etmək bir o qədər vacibdir. Ermənistanla dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesində irəliləyişlərin müşahidə edilməsi və ümumi gedişat göstərir ki, Azərbaycanla Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar. Əgər rəsmi İrəvan onu növbəti məhvə sürükləyən havadarlarının ziyanlı təsirindən qurtulmağa özündə güc taparsa, iki dövlət arasında sülh sazişinin imzalanması mümkündür.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edib.

"Yeri gəlmişkən, bir daha qeyd etmək istəyirəm ki, hələ 2023-cü ilin sentyabrından öncə və 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra Prezident cənab İlham Əliyev bölgədəki erməni sakinlərinin Azərbaycan dövlətinə reinteqrasiyası ilə bağlı konkret addımlar atdı. Onların ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi qalıb yaşamaları üçün gərəkli bütün tədbirlər görüldü. Bununla bağlı rəsmi qurumlar tərəfindən erməni sakinlərinin rahat müraciəti üçün müvafiq internet portalı belə yaradıldı və dinc əhalinin öz evlərində qalması üçün şərait formalaşdırıldı. Eyni zamanda Qarabag iqtisadi rayonunu öz arzusu ilə tərk etmək istəyən erməniəsilli şəxslərin sərbəst və maneəsiz şəkildə Ermənistana keçidinə təhlükəsiz şərait yaradıldı, onlar hətta nəqliyyat vasitələri və ərzaqla təmin edildilər.

Hərbi tədbirlər zamanı və erməni əhalisinin Qarabağı tərk etməsi prosesində mülki şəxslərə qarşı heç bir zorakılıq halı qeydə alınmayıb. Bu fakt BMT-nin üç missiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq monitorinq mərkəzləri tərəfindən birmənalı olaraq, rəsmən etiraf olunub.

Nəzərə alsaq ki, münaqişə bölgələrində belə itkisiz proseslərə, adətən, rast gəlinmir. Yaxud da ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan ərazisində və Azərbaycanın Qarabağ bölgəsində törədilmiş soyqırımları, etnik təmizləmə, minlərlə insanın zorakılıqla öz doğma yurd-yuvasından köçürülməsi, maddi-mənəvi tarixi abidələrin və təbiətin talan edilməsi faktlarını yada salaq", - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2024 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri