Icma.az
close
up
RU
Ermənistan Azərbaycanla sülhə məcburdur Millət vəkili

Ermənistan Azərbaycanla sülhə məcburdur Millət vəkili

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Erməniləri İttifaqının rəhbəri Nikol Paşinyanı istefaya çağırıb. O bildirib ki, Paşinyan ya baş nazir postundan getməlidir, ya da növbəti parlament seçkilərində iştirak etməməlidir. Bəs Ermənistanın baş naziri hakimiyyətdən gedərsə, Azərbaycanla münasibətlər necə dəyişəcək?

Millət vəkili Aydın Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, Ermənistanın daxili siyasi prosesləri həmin ölkənin daxili işidir və kimin hakimiyyətdə olmasını Ermənistan özü müəyyənləşdirir:

“Azərbaycan hüquqi səlahiyyəti olan legitim hakimiyyətlə danışıqlar aparır. Hazırda hakimiyyətdə baş nazir Nikol Paşinyandır və Azərbaycan onunla sülh müqaviləsinin imzalanması və bu istiqamətdə şəraitin yaradılması ilə bağlı danışıqlar aparır. Əgər Ermənistan Konstitusiyasında dəyişiklik edərsə və eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılması üçün hər iki tərəfin birgə müraciəti olarsa, sülh müqaviləsi imzalana bilər. Bu mərhələdən sonra ölkələr arasında normal qonşuluq münasibətlərinin yaranması mümkündür”.

A.Mirzəzadə qeyd edib ki, Ermənistanın siyasi rəhbərliyində kimin olmasından asılı olmayaraq, onlar mütləq Azərbaycanla sülhə nail olmağa çalışacaq:

“Çünki Ermənistanın çıxış yolu Azərbaycanla sərhədləri tanımaqdan, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmaqdan, ticarət əlaqələrini inkişaf etdirməkdən, humanitar əlaqələri genişləndirməkdən və ərazi iddialarına son qoymaqdan keçir. Hesab edirəm ki, bu gün sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Ermənistanda gedən daxili proseslər isə, əslində, həmin müqaviləyə kimin imza atacağı uğrunda aparılan mübarizədən ibarətdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 İyul 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri