Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Azərbaycanla Ermənistan müharibə edəcək? ABŞ bəyanat verdi

Azərbaycanla Ermənistan müharibə edəcək? ABŞ bəyanat verdi

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində sualları cavablandırarkən, Azərbaycan və Ermənistan arasında “real münaqişə təhlükəsi”nin olduğunu deyib. Rubio bu sözləri konqresmen Kristofer Smitin sualını cavablandırarkən dilə gətirib. Trampın Ağ Evə qayıdışından sonra Cənubi Qafqazı diqqətdən kənarda qoyan Vaşinqtonun bu yanaşması məqsədin nə olduğuna dair sualları ön plana çıxarır.

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, ermənipərəst mövqeyi ilə məşhur olan Smitin məqsədi ABŞ-nin yeni administrasiyasının diqqətini bölgəyə Ermənistanın maraqları kontesktində çəkməkdir. 

A.Nərimanlının sözlərinə görə, onun Azərbaycanın ermənilərə qarşı “etnik təmizləmə” həyata keçirdiyi iddiasını irəli sürməsi, eyni zamanda, “məhbuslar və insan haqları” məsələsi üzərindən Vaşionqtonu Bakıya təzyiqə sövq etmək cəhdi də buna hesablanmışdı:

“Rubio sualı diplomatik çərçivədə cavablandırdı. Bildirdi ki, “bir çox hallarda ideal olmayan ölkələrlə qarşılaşırıq, lakin belə ölkələrlə milli maraqlarımız əsasında münasibət qurmalı, milli maraqlarımızla diplomatiya arasında tarazlıq qurmalıyıq”. Trampın baş diplomatı bununla ABŞ-nin xarici siyasətinə erməni maraqlarına kontekstində yanaşan lobbiçilərə sələflərinin səhvlərini təkrarlamayacaqları mesajını verdi. Rubionun “Azərbaycan və Ermənistan arasında real münaqişə təhlükəsi var və biz bunun qarşısını almağa çalışırıq” sözləri də Konqresə “regionda prioritet məsələnin sabitliyin əldə edilməsi” olduğunu və “administrasiya olaraq bu istiqamətdə işlədiklərini” çatdırmaq məqsədi kimi görünür.

Hərçənd, “real münaqişə təhlükəsindən” bəhs edən ABŞ-nin hədəfləri arasında “bu təhlükənin qarşısını almaq” adı ilə Azərbaycan-Ermənistan danışıqlar prosesinə müdaxilə etmək olduğu da istisna edilməməlidir”. 

Politoloqun fikrincə, Vaşinqtonun burada iki mümkün niyyəti görünür:

“Birincisi, regionun gələcəyini müəyyənləşdirəcək Azərbaycan-Ermənistan danışıqlarından kənarda qalmamaqdır. Digər tərəfdən isə “Dünyada münaqişələrə son qoymaq missiyası”na iddia edən Tramp Administrasiyası Bakı-İrəvan xəttində əldə olunan razılaşmardan “pay almaq”la öz aktivinə daha bir “uğurlu nəticəni” yazmaq istəyir. Azərbaycan-Ermənistan arasında “real münaqişə” risklərinin azalmasına baxmayaraq, Rubionun belə bir riskdən bəhs etməsi ABŞ-nin “təhlükənin aradan qaldırılması” adı ilə prosesə qoşulmaq cəhdlərinə dair gözləntilər yaradır. İstisna deyil ki, növbəti addım ABŞ dövlət katibinin Bakı və İrəvana zəngi olacaq”.

Firuzə Əliyeva
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri