Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Misirin inzibati paytaxtında Ermənistan və Misir xarici işlər nazirlərinin müavinləri arasında siyasi məsləhətləşmələr baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında yer alıb.
Görüşə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan və Misirin xarici işlər nazirinin müavini Vael Hamed rəhbərlik ediblər.
Məsləhətləşmələr zamanı, çoxtərəfli platformalarda iki ölkənin hazırkı fəaliyyəti və qarşılıqlı dəstək məsələləri ilə yanaşı Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesi müzakirə edilib. Vaan Kostanyan həmkarına prosesdəki son vəziyyət barədə danışıb. Bundan başqa, regiondakı bütün infrastrukturun açılmasına yönəlmiş Ermənistan hökumətinin “Sülh kəsişməsi” konsepsiyası haqqında məlumat verib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 15 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















