Icma.az
close
up
RU
Azərbaycanla güc, təzyiq dili ilə danışmaq cəhdi iflasa uğradı

Azərbaycanla güc, təzyiq dili ilə danışmaq cəhdi iflasa uğradı

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT-nin Bakıda keçirilən beynəlxalq COP-29 artıq ekoloji sammit çərçivəsindən çıxaraq, həm də çox əhəmiyyətli siyasi bir nəticə verdi. Azərbaycan prezidenti cənab İlham Əliyevin açılış mərasimində çıxışı, bəyanatları nəinki Azərbaycana qarşı, həmçinin BMT-na qarşı qarayaxma kompaniyası aparmaq istəyən Makron komandasını, bəzi Avropa liderlərini ifşa etdi.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, Azərbaycanın qəti mövqeyi, bəzi Avropa liderlərinə Azərbaycanla güc, təzyiq dili ilə danışmağın əbəs olduğunu anlatdı.

Avropa Birliyinin Bakıda keçirilən COP-29 sammitini baykot etmə cəhdi əslində təşkilatçılara istədikləri effekti vermədi. Xüsusən Fransa, Almaniya, Avropa İttifaqının rəhbərlırinin Bakı tədbirində iştirak etməməsi bütünlüklə Avropanın COP-29-u baykot etməsi anlamına gəlmir:

"Belə ki, Böyük Britaniya başda olmaqla əksər Avropa ölkələri tədbirdə yüksək səviyyədə fəal iştirak edirlər. Əldə olunan Bakı bəyannaməsi üzrə razılaşmanı dəstəkləyən əksər Avropa ölkələri elə öz iştirak və imzaları ilə "baykot" arzusunda olanlara tutarlı cavabdır.

Siyasi baxımdan BMT-nin iqlim üzrə beynəlxalq tədbirini baykot etmək cəhdi elə BMT-nin özünün baykot edilməsi deməkdir. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransa üçün belə bir boykot cəhdi heç bir məntiqə uyğun deyil. Yeri gəlmişkən, təkcə bu fakt bir daha sübut edir ki, BMT-nin, eləsə də TŞ-nın struktur reformasına ehtiyac çoxdan yetişib".

V. Dadaşov onu da qeyd edib ki, BMT-nin COP-29 Bakı sammiti ilə bağlı bəzi dövlət liderlərin qarayaxma, boykot cəhdi bir daha onu sübut edir ki, bəzi dairələr beynəlxalq təşkilatları və onların rəhbərlərini öz məqsədləri üçün bir təsir vasitəsi kimi istifadə edir, bəzi dövlətlərə yanaşmada ikili standartlar tətbiq edilir və məqsəd müstəqil siyasət yürüdən, öz milli maraqlarını qoruyan dövlətləri təsir altında saxlamaqdır, özünə tabe etməkdir:

"COP-29 mahiyyətinə uyğun uğurlu nəticə əldə etdi. Ekoloji və iqlim balansının qorunması üçün əldə edilən razılaşma özü qənaətimizə sübutdur.

Əlbəttə ki, bu nəticə əhəmiyyətinə görə dünyamızı qorumaq üçün vacib nailiyyətdir".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Noyabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri