Azərbaycanla müqavilə imzalamaq Ermənistanın milli maraqlarına ziddir Tiqran Köçəryan
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda sülh memorandumu imzalasalar, bu, Ermənistanın milli maraqlarına zidd olacaq.
Newscenter.az erməni mediasına istinadən bildirir ki, bunu “Alpha News”un baş redaktoru Tiqran Köçəryan deyib.
"Paşinyana üzərində "sülh" yazılmış kağız lazımdır. Bu kağız ona seçkilərdə iştirak etmək üçün vacibdir. Paşinyanın danışıqlarda şəxsi zəmanəti odur ki, o, qeyri-müəyyən müddətə hakimiyyətdə qalacaq. Hamı başa düşür ki, bu "sülh" əsl sülhdən daha çox növbəti kapitulyasiyaya oxşayır", - o deyib.
Onun fikrincə, “sülh”ün bərqərar olması həm İranın, həm də Rusiyanın maraqlarını pozar.
"İranın şimalına gedən yol ABŞ-ın silahlı özəl hərbi şirkəti tərəfindən bağlanacaq. Ermənistanın özü də müxtəlif geosiyasi mərkəzlərin nəzarəti altında olacaq və bu, son nəticədə Ermənistanın "suriyalaşmasına" səbəb ola bilər", -deyə Köçəryan söylıəyib.
Anar Əliyev

Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm Paşinyan
23 Noyabr 2024 00:08
Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrdəki əhalisi KÖÇÜR
07 May 2025 17:06
Ermənistanın Azərbaycanla sərhəd ərazisində ZƏLZƏLƏ OLDU
07 Dekabr 2024 23:38
Ermənistanın Azərbaycanla bağlı müharibə planı... Sərkisyan
09 Yanvar 2025 12:03
Azərbaycanla Ermənistanın Delimitasiya komissiyaları RAZILIĞA GƏLDİ
16 Yanvar 2025 18:08

