Icma.az
close
up
RU
Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq davam edir RUSİYALI POLİTOLOQ DANIŞDI

Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq davam edir RUSİYALI POLİTOLOQ DANIŞDI

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Rusiya-Azərbaycan münasibətlərinə bir neçə istiqamətdə diqqət etməliyik. Birincisi, strateji əlaqələr, onlar ümumidir. Belə ki, Cənubi Qafqazda sabitliyin təmin olunması, qlobal layihələrin inkişafı, Şimal-Cənub dəhlizi, regionun lojistik mərkəz imkanları, Xəzər dənizi və onun sərvətlərinin qorunması və istifadəsi məsələləri Azərbaycanla Rusiyanın ümumi maraqları çərçivəsindədir". Bu sözləri SİA-ya açıqlamasında rusiyalı beynəlxalq politoloq Dmitri Solonnikov deyib.

Onun sözlərinə görə, əlbəttə bu istiqamətdə iki ölkənin əlaqələri getdikcə inkişaf edəcək: "Bu layihələrdən geri çəkilmək ölkələrimizdən heç birinin maraqlarına uyğun deyil. Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq davam edir. Son günlər artan əlaqələr, patriarx Kirilin Bakıya səfəri, keçirdiyi önəmli görüşlər, dini və mədəni sahədə təmasların intensivləşməsi xalqlarımızın həyatında müsbət emosiyalar yaradır.

Vacib elementlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin 9 may qələbə günündə Moskvada keçirilən paradda iştirak etməsidir. Paradda Azərbaycanla yanaşı dəvət olunan bir neçə ölkənin silahlı qüvvələrinin nümayəndələri də təmsil olundu. Azərbaycan Prezidenti İlham Əliyevin paradda iştirak etməməsini isə Rusiyada anlayışla qəbul edirlər".

Politoloq həmçinin qeyd edir ki, İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tədbirlərində iştirak etdi, iş qrafikinin sıx olması da səfərin reallaşmasına təsir edən amillərdəndir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümləri geniş şəkildə, həm də təntənəli formada qeyd edildiyini Rusiyada da bilirlər. Onu da qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin anadan olmasının ildönümləri Rusiyada da geniş şəkildə qeyd edilir, onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi vaxtda Rusiya Federasiyası üçün etdiklərini heç kim unutmayıb.

O dahi insanın xatirəsi daim əziz tutulur. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində Rusiya ilə ikitərəfli əlaqələrin qurulmasında böyük fədəkarlıqlar göstərib, iki ölkənin əlaqələrinin möhkəmləndirilməsində, inkişaf etdirilməsində xidmətləri danılmazdır".

D. Solonnikov bildirir ki, Rusiya ilə Azərbaycan arasında son günlər yaranmış soyuq münasibətlərə gəlincə, qeyd etməliyəm ki, belə hadisələr zaman-zaman digər ölkələr arasında da olur. Bunu müsbət dəyərləndirə bilməsək də, texniki məsələ adlandıra bilərik və bunu yaxın zamanlarda həll olunması mümkün kiçik problem kimi qəbul edirik.

Bu gün isə münasibətlərimiz inkişaf mərhələsindədir. Hesab edirik ki, inkişaf bir az da sürətlənəcək. Problemlər arxada qalacaq, strateji müttəfiqliyimiz dominantlığını qoruyub saxlayacaq. Cənubi Qafqaz dünya miqyasında vacib regionlardan biridir, 3x3 formatının aktivləşməsi, Ermənistan-Azərbaycan sülh danışıqlarının intensivləşməsi, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin durmadan artması region ölkələrinin marağındadır. Əlbəttə, münaqişələr hər ölkəni, onun xalqlarını narahat edir, Pakistanla Hindistan arasında baş verənlər, İran ətrafında cərəyan edən hadisələr narahatedicidir. Rusiya İlə Azərbaycan arasında əlaqələrin bundan sonrakı vəziyyətinə gəlincə isə hər iki ölkənin siyasi rəhbərliyi münasibətlərin inkişafında maraqlıdırlar. Onların da həlli yaxın zamanlarda dialoq, qarşılıqlı anlaşma şəraitində həll olacağına inanıram. Ölkələrimiz arasında strateji müttəfiqlik sazişini unutmamalıyıq" - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 May 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri