Icma.az
close
up
RU
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əlaqələr müzakirə edildi

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əlaqələr müzakirə edildi

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, general-polkovnik Z.Həsənov qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. 
Müdafiə naziri ölkələrimiz arasında dostluq və qardaşlıq prinsipi üzərində qurulan əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və hər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində saxlanıldığını bildirib.
Bu il sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Səudiyyə Ərəbistanının geniş tərkibdə nümayəndə heyəti ilə iştirakının yüksək qiymətləndirildiyi qeyd olunub.
Nazir Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı görülən tədbirlər barədə qonaqları məlumatlandırıb və Səudiyyə Ərəbistanı tərəfindən bu işdə göstərilən dəstəyə görə onlara təşəkkürünü bildirib.
Qeyd edilib ki, Vətən müharibəsindən sonra minaların partlaması nəticəsində indiyədək zərər çəkən 382 nəfər mülki və hərbi qulluqçudan 70 nəfəri həlak olub.
Daha sonra general-polkovnik Z.Həsənov Bakıda Azərbaycan-Türkiyə-Səudiyyə Ərəbistanı arasında kəşfiyyat sahəsində üçtərəfli formatda keçiriləcək işçi görüşündə iştirakçılara uğurlar arzulayıb.
Ölkəmizə səfərindən məmnun olduğunu qeyd edən nümayəndə heyəti göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması münasibətilə general-polkovnik Z.Həsənovu təbrik edib, şəhid olanlara Allahdan rəhmət diləyib və onların yaxınlarına dərin hüznlə başsağlığı verib. Qonaqlar hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin genişlənməsinə təkan verdiyini vurğulayıblar.
Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.
 

Sonra qonaqlar Azərbaycan Ordusunun Baş Qərargahına gəlib. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb.


Görüşdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Tərəflər, həmçinin təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir çox digər məsələlərə dair müzakirələr aparıblar.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Dekabr 2024 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri