“Azərbaycanla sülhə nail olmağa çalışırıq” Xaçaturyan
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Ermənistan Azərbaycanla sülhə nail olmağa çalışır və hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər”.
Gununsesi.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İrəvanda almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında bildirib:
“Biz sülh sazişinin imzalanması ilə bağlı işimizi ardıcıl aparırıq. Qarşımızda regionda, konkret olaraq Azərbaycanla sülhün bərqərar olması vəzifəsi var və biz bu məqsədə çatmaq üçün aydın şəkildə çalışırıq. Hesab edirik ki, çətinliklər aşılmaz deyil və istənilən məsələni danışıqlar masası arxasında həll etmək olar”.
Xaçaturyan onu da vurğulayıb ki, artıq münaqişə dövrü geridə qalıb və Cənubi Qafqazda yeni müharibələr üçün resurslar yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 31 Mart 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















