Azərbaycanla Türkiyə müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafını müzakirə edib
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanla Türkiyə müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafını müzakirə edib.
Bu barədə "Report"a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 17-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və qardaş ölkənin milli müdafiə nazirinin müavini Musa Heybet ilə görüşüb.
Görüşlərdə iki ölkə arasında hərbi-texniki sahədə uğurlu əməkdaşlıq münasibətlərinin olduğu, bu əlaqələrin yüksələn xətlə davam etdiyi vurğulanıb.
Tərəflər müdafiə sənayesində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, birgə layihələrin perspektivlərini müzakirə edib, maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 18 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















