Icma.az
close
up
RU
“Azərbaycanla ümumi nəticəyə gəldik” İranın “Boz kardinal”ı Zəngəzur dəhlizindən danışdı

“Azərbaycanla ümumi nəticəyə gəldik” İranın “Boz kardinal”ı Zəngəzur dəhlizindən danışdı

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İranın ali lideri ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanla münasibətlərdən və Zəngəzur dəhlizindən danışıb.
Modern.az-ın məlumatına görə, İranın “Boz kardinal”ı “NourNews”a müsahibəsində bir sıra detallara toxunub.
“İran və Azərbaycan arasında son günlər keçirilən hərbi təlimlər iki ölkə arasında artan qarşılıqlı etimadı nümayiş etdirir”, - Vilayəti bildirib.
Onun sözlərinə görə, birgə təlimlər İranın və Azərbaycanın tarixində bölgə üçün sülh və təhlükəsizliyin bərqərar edilməsi baxımından dönüş nöqtəsi olacaq.
Əli Əkbər Vilayəti deyib ki, İran və Azərbaycanın birgə hərbi təlimləri ağıllı siyasətin nəticəsi olan mühüm hadisədir. O, bunu İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinin və mehriban qonşuluğun getdikcə möhkəmlənməsi kimi qiymətləndirib.
Vilayəti əlavə edib ki, İran və Azərbaycan ortaq tarix, din, dil, mədəniyyət, ənənələr və maraqlar baxımından çox yaxın dövlətlərdir.
Vilayəti Qərbin və NATO-nun Cənubi Qafqazla bağlı düzgün niyyətlərinin olmadığını göstərən addımlar atdığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ NATO pərdəsi altında Cənubi Qafqaz regionuna nüfuz etmək və praktiki olaraq Rusiyanın diqqətini Ukraynadan Cənubi Qafqaza cəlb etməklə alternativ yaratmaq niyyətində olub. Eks-nazir Tehranın bunun qarşısını aldığını qeyd edib.

Xameneinin müşaviri İranın Zəngzur dəhlizinin açılmasına qarşı çıxmasının səbəbini belə izah edib.
"Amerika başda olmaqla Qərbin planı bu idi ki, Orta Asiya, Xəzər dənizi və Azərbaycan vasitəsilə Şərqdən Qərbə doğru nəqliyyat dəhlizi yaratsın".
Vilayətinin sözlərinə görə, İran bu planın dərinliyini dərk edib.
“Heç bir xoş niyyəti olmayan Qərbdən fərqli olaraq, İran həqiqətən də azərbaycanlı qardaşlarının mənafeyini və rifahını istəyir”, - o deyib.

Vilayəti daha sonra əlavə edibi: “Təbii ki, bu məsələdə qarşılıqlı anlaşma üçün vaxt lazım idi və indi biz ümumi nəticələrə gəldik ki, bir neçə ay ərzində üç birgə manevr həyata keçirilib. Bu, iki ölkə arasında qarşılıqlı etimadın artmasına, regionun tarixində dönüş nöqtəsinə, həssas bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasına işarədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2024 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri