Icma.az
close
up
RU
Azərbaycanla Venesuela arasında siyasi məsləhətləşmələr olub

Azərbaycanla Venesuela arasında siyasi məsləhətləşmələr olub

Icma.az bildirir, Apa.az portalına istinadən.

2 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti nazirinin müavini Tatiana Puq Moreno ilə görüşüb.
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Venesuela arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadi-ticarət, energetika, turizm, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

İki ölkə arasında intensiv siyasi dialoqun mövcudluğu, habelə müxtəlif səfərlər və beynəlxalq tədbirlər çərçivəsində aparılan təmasların məmnunluq doğurduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu kimi müzakirələrin müxtəlif sahələr üzrə konkret planların müəyyən olunması baxımından əhəmiyyətini qeyd edib.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkası çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığımızın məmnunluq doğurduğu, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

2025-ci ildə Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı, bu istiqamətdə birgə təşəbbüs və tədbirlərin həyata keçirilməsi imkanlarının nəzərdən keçirilməsinin faydalı olacağı diqqətə çatdırılıb.

Tatiana Puq Moreno Azərbaycanı ötən ay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi, sözügedən tədbirin yüksək səviyyədə təşkili münasibətilə təbrik edib, COP29-un yekunlarının iqlim dəyişikliyi ilə mübarizə səylərinə mühüm töhfələrdən biri olduğunu qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Tatiana Puq Morenonun ölkəmizə səfəri çərçivəsində, həmçinin Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 2-ci raundu keçirilib.

Məsləhətləşmələr zamanı Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfin nümayəndə heyətinə isə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti nazirinin müavini Tatiana Puq Moreno rəhbərlik edib.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində gələcək planlar, birgə təşəbbüslər, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 Dekabr 2024 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri