Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Azərbaycanlı ailənin övladları niyə əllərindən alındı? Avropaya köçüb avropalı olmaq istəməyənlər

Azərbaycanlı ailənin övladları niyə əllərindən alındı? Avropaya köçüb avropalı olmaq istəməyənlər

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Ənənə, dəyər, ailə anlayışı — bunlar Azərbaycan cəmiyyətində çox müqəddəs sayılır və gəlin etiraf edək ki, bəzən də bu “müqəddəslik” adı altında insanlar bir-birinin həyatını cəhənnəmə çevirməkdən çəkinmirlər.

Amma unuduruq ki, bu anlayışlar bir çərçivə daxilində, yalnız bizim coğrafiyada keçərlidir. Bunları tıxa-basa çamadanına doldurub Avropaya aparanda isə, artıq işlər dəyişir. Sənin üçün “müqəddəs” olan dəyərlər, başqaları üçün təhlükəli davranış modelinə çevrilə bilər.

Parisdə azyaşlı uşaqları əlindən alınan azərbaycanlı ailənin hekayəsi son günlər sosial mediada qızğın müzakirə mövzusuna çevrilib.
Özlərinin verdikləri məlumata görə, onlar bir neçə il Almaniyanın Dortmund şəhərində yaşayıblar. Almaniya tərəfindən övladlarının Avropadan çıxışına qadağa qoyulub. Uşaqlarının birinin 2 yaşı var, digəri 6 aylıqdır. Avqustun 6-da ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıbmış. Ailə üzvlərinin sözlərinə görə, Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.

Ailə deyir ki, guya Almaniya səhiyyə işçiləri “əsassız” şikayət verib, guya onlar uşaqlarına işgəncə verirmiş. Guya… Amma gəlin bu “guya”ların arxasında duran gerçəkliyə bir az daha dərindən baxaq.
Almaniyada bir uşaq xəstəxanada müalicə alır və orada çalışan mütəxəssislər valideynin davranışını şübhəli sayır. Məsələ “Jugendamt”a qədər gedib çıxır — bu qurum Avropada uşağın hüquqlarını valideyndən belə üstün tutan mexanizmdir. Avropa sistemində “mən valideynəm, ürəyim nə istəsə, edərəm” düşüncəsi keçərli deyil. Əgər sənə uşaqla necə davranmağı öyrətmək üçün evinə pedaqoq göndərilirsə, bu, artıq problemin ciddiliyindən xəbər verir. Yəni məsələ “əsassız” deyil.
Məsələnin başqa bir tərəfi isə budur: Azərbaycan ailəsi faktiki Almaniyada yaşasa da, alman qanunları ilə yox, azərbaycanlı təfəkkürü ilə ömür sürmək istəyiblər.
Ailənin verdiyi açıqlamalarda açıq şəkildə görünür ki, onlar bu cəmiyyətin qaydalarına uyğunlaşmağa yox, öz düşüncə tərzlərini orada da yaşatmağa çalışıblar. Sual yaranır: əgər sən yaşadığın cəmiyyətin qanunlarını qəbul etməyəcəksənsə, niyə ora köçürsən? Niyə orada uşaq dünyaya gətirirsən?
Bu təkcə azərbaycanlılara xas davranış modeli deyil. Əfqanıstandan, Suriyadan, Yaxın Şərqdən Avropaya sığınan minlərlə insan orada özlərinin dini və bəzən radikal dəyərlərini yaymağa çalışırlar. Avropada yaşayıb, Avropa cəmiyyətinin açıq və hüquq əsaslı sistemini qəbul etməyənlər, sanki bir azadlıq platformasına çıxıb, həmin azadlığı baltalayırlar. Gəmidə oturub gəmiçi ilə dava eləmək kimi... Orada bəzi dini icmalar qadının azadlığına qarşı çıxır, uşaqları cəmiyyətə qapalı şəkildə böyüdür, hətta bəzi hallarda zorakılıq halları da aşkarlanır.
Şərq cəmiyyəti Avropanı “qaçış yeri” kimi görür — orda yaxşı yaşayış var, rifah var, hüquqlar var. Amma bu hüquqların fonunda gələn öhdəlikləri, yaşam standartlarını unudur.
Sənin "uşağıma necə istəsəm, elə də baxaram" prinsipin Avropada işləmir. Hətta bəzən "uşağım mənim mülkümdür" anlayışı ilə hərəkət edirlər, halbuki hüquqi sistemə görə uşaq ayrıca bir şəxsdir və onun müdafiəsi dövlətin birbaşa vəzifəsidir.
Bu hadisədə bir sual daha doğur: əgər siz Avropanın sisteminə inanmırsınızsa, onun qanunları ilə razı deyilsinizsə, elə Azərbaycanda qalıb öz mental-patriarxal dəyərlərinizlə yaşamaq daha məqsədəuyğun olmazdımı?
Yaşadığın torpağın qanunlarına uyğun yaşamaq mədəniyyət əlamətidir. Sən hansısa Avropa ölkəsində yaşayırsansa, oranın cəmiyyət modelinə uyğunlaşmalısan. Əgər uyğunlaşa bilmirsənsə, o zaman öz ölkəndə, öz dəyərlərinlə yaşamaq daha doğru yoldur. Avropaya qaçıb, sonra orada azərbaycanlı kimi davranmaq nə ədalətlidir, nə də məntiqli.
Bəzən tənqid etdiyimiz Qərb cəmiyyətləri bizdən daha çox uşaq hüququnu qoruyur. Bu acı həqiqəti qəbul etmək isə bizə bir az çətindir. Bizim üçün ailə “özəl sahə”dir, Avropa üçün isə uşağın rifahı "ictimai məsələdir".
Kimsə uşağını qorumaq adı ilə onu təhlükəyə atırsa, Avropada dövlət müdaxilə edir. Sadəcə olaraq, bu müdaxilə bizə "yad" gəlir. Çünki hələ də elə bilirik ki, uşağın canı da, ruhu da, həyatı da valideynin şəxsi mülkiyyətidir. Amma Avropada belə deyil.

Ona görə də, ya o cəmiyyətə uyğunlaşmaq, ya da uşaqlarını öz əyalətində qaxılıb oturub böyütmək lazımdır...

Sevgili cin - Kamal Abdullanın hekayəsi Ənənəvi "Şalyapin Festivalı" keçirilir Bitkilər və hakimiyyət: Kaliqulanın “şəfalı” ölüm texnikası
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see259

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see138

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see137

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri