“Baku Sportinq”in baş məşqçisi: “Heyətdə çatışmayan mövqeylərimiz var”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Zaqatala” Birinci Liqanın ən təcrübəli komandalarından biridir”.
Bu sözləri “Baku Sportinq”in baş məşqçisi Röyal Nəcəfov deyib.
Gənc mütəxəssis komandasının Birinci Liqanın 12-ci turunda “Zaqatala”nı məğlub etdiyi oyunu şərh edib.
“Oyun planlaşdırdığımız kimi getdi və hesabda iki top fərqi ilə önə çıxdıq. Daha sonra rəqib fərqi 1-ə endirdi. Şükür ki, sonda qələbə qazanıb, qış fasiləsinə turnir cədvəlində ikinci pillədə yollandıq. İkinci yerdə olmaq sevindiricidir. Futbolçular sağ olsun, əziyyət çəkdilər. Qış fasiləsindən sonra gərgin mübarizə olacaq. Biz də planımızı ona uyğun qurmuşuq. Ən azı mövsümün sonunda ikinci pillədə olmaq istəyirik. Heyətdə çatışmayan mövqeylərimiz var. Fasilədə 4-5 transfer edib, komandanı daha da gücləndirmək istəyirik. Bu barədə rəhbərliklə danışığımız olub”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, “Baku Sportinq” Birinci Liqada qış fasiləsinə 25 xalla 2-ci pillədə yollanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 27 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















