Icma.az
close
up
RU
İşsizlə işaxtaranın fərqi nədir?

İşsizlə işaxtaranın fərqi nədir?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanvarın 1-dən etibarən Azərbaycanda rəsmi işləməyən şəxslərə, yəni əmək müqaviləsi olmayan, muzdlu işdə çalışmayan və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmayanlara icbari tibbi sığorta ödənişli olacaq.

Bu yenilik işsiz statusunda olan hər kəs üçün əlavə öhdəlik deməkdir. Lakin çox vətəndaş bu məsələdə çaşqınlıq yaşayır. Çünki “işsiz olmaq” və “işaxtaran olmaq” anlayışları gündəlik danışıqda tez-tez eyniləşdirilir. Əslində, qanunvericilikdə bu iki status fərqlidir.

Bəs hansı hallarda insan işsiz, hansı hallarda isə işaxtaran sayılır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, bu iki anlayış arasında müəyyən fərqlər mövcuddur:

“İşi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab olunur. 

İşaxtaran isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxslərdir”. 

Onun sözlərinə görə, 15 yaşı tamam olmuş hər bir şəxs məşğulluq sistemində qeydiyyata alınmaq hüququna malikdir:

“Qeydiyyat prosesini elektron qaydada və ya xidmət yerinə, yəni DOST Mərkəzləri və ya Regional Məşğulluq filiallarına gəlməklə də həyata keçirmək mümkündür.

Burada vətəndaş qeydiyyata alınır və məşğul şəxs kateqoriyasına aid olduqda işaxataran kimi statusu təsdiqlənir. Əks halda elə həmin gün şəxsə işsiz statusu verilir.

Daha sonra karyera məsləhətçiləri tərəfindən işsiz şəxsin məşğulluq imkanlarını qiymətləndirir və fərdi məşğulluq proqramı hazırlanır”.

O qeyd edib ki, məşğul şəxslər anlayışına qanunvericiliyə əsasən müxtəlif kateqoriyadan olan və əmək fəaliyyəti ilə məşğul olan insanlar daxildir:

“Bunlara ilk növbədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlayan və əməkhaqqı qarşılığında işləyən muzdlu işçilər aiddir.

Eyni zamanda, Mülki Məcəlləyə əsasən mülki-hüquqi xarakterli müqavilə bağlayaraq əmək münasibətləri yaratmadan müəyyən iş və ya xidmətləri yerinə yetirən və bunun müqabilində ödəniş alan şəxslər də məşğul sayılır.

Bundan başqa, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər, eləcə də ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslər kateqoriyasına daxildir. 

Haqqı ödənilən vəzifələrə seçilən, təyin edilən və ya təsdiqlənən şəxslər, həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular da məşğul əhali hesab olunur.

Qanunvericiliyə görə, ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan və eyni zamanda ödənişli fəaliyyət göstərən şəxslər də məşğul şəxslər sırasında yer alır.

Bununla yanaşı, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla ödənişli əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, eləcə də ölkə hüdudlarından kənarda qanuni əsaslarla çalışan Azərbaycan Respublikası vətəndaşları məşğul şəxslər kimi qiymətləndirilir”.

O əlavə edib ki, işsiz kimi qeydiyyata alınmayan və ya işsiz kimi qeydiyyatı ləğv olunan şəxs işaxtaran kimi qeydiyyatda saxlanılır:

“İşsiz kimi qeydiyyata alınmaq üçün 1 aydan sonra təkrar müraciət etmək hüququna malikdir. Həmçinin işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see430

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see275

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see270

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see251

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see231

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see220

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see219

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see212

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see208

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see193

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see192

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see192

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see187

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see184

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see181

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see177

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see172

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri