Icma.az
close
up
RU
Azərbaycanlı alim Ankarada “Türk dünyasında yeniləşmək cədidçilik fəlsəfəsinin iki məktəbi: hüseynzadəçilik və qaspıraçılıq” mövzusunda məruzə edib

Azərbaycanlı alim Ankarada “Türk dünyasında yeniləşmək cədidçilik fəlsəfəsinin iki məktəbi: hüseynzadəçilik və qaspıraçılıq” mövzusunda məruzə edib

Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanlı alim Ankarada “Türk dünyasında yeniləşmək-cədidçilik fəlsəfəsinin iki məktəbi: hüseynzadəçilik və qaspıraçılıq” mövzusunda məruzə edib

20-21 oktyabr tarixlərində Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY, Ankara Hacı Bayram Vəli Universiteti və Özbəkistan Respublikasının Ankaradakı səfirliyinin birgə təşkilatçılığı ilə Türküstan Cədidçilik hərəkatının öncüsü Mahmudxoca Behbudinin anadan olmasının 150 illiyi münasibətilə “Mahmudxoca Behbudi və Türküstan Cədidçilik Hərəkatı” mövzusunda beynəlxalq elmi konfrans həyata keçirilib. Oxuməni.az-ın verdiyi xəbərə görə, Beynəlxalq tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Özbəkistan Respublikasının Ankaradakı səfiri İlham Heydərov, Qazaxıstan Respublikasının Ankaradakı səfiri Yerkebulan Sapiyev, eyni zamanda Özbəkistan , Azərbaycan, Türkmənistan və digər Türk dövlətlərindən gəlmiş elm adamları, alimlər iştirak ediblər.

Həmin beynəlxalq elmi konfransa dəvət alan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türk dünyasında yeniləşmək-cədidçilik fəlsəfəsinin iki məktəbi: hüseynzadəçilik və qaspıraçılıq” mövzusunda məruzə edib. O bildirib ki, yeni dövrdə Türk xalqlarında başlayan yeniləşmək-cədidçilik hərəkatı təsadüfi olmayıb, son əsrlərdə Türk dövlətlərinin tənəzzülü ilə bağlı olmuşdur. Bu tənəzzülün, gəriləmənin qarşısını almaq üçün Azərbaycanda Əli bəy Hüseynzadənin başlatdığı yeniləşməyin əsasında türkçülük, islamçılıq və müasirləşmək formulu dayanmışdır. Hüseynzadə Osmanlının Tənzimatından, Həsən bəy Zərdabinin “Əkinçi”, Ünsizadə qardaşlarının “Ziayi-Qafqaziyə”, “Kəşkül” qəzetlərindən, ana babaları olmuş Qafqaz şeyxülislamları Məhəmmədəli Hüseynzadə, Əhməd Hüseynzadədən yola çıxaraq çağdaş ruhlu türkçülük məktəbinin əsasını qoymuşdur. Hüseynzadəçilik məktəbinin əsas kitabı isə “Türklər kimdir və kimlərdən ibarətdir” əsəridir.

Azərbaycanlı alimə görə, İsmayıl bəy Qaspıralı tərəfindən ortaya qoyulan qaspıralıçılıq məktəbinin əsasını bir tərəfdən Azərbaycanda başlayan maarifçilik hərəkatı, digər tərəfdən “Tərcüman” qəzeti təşkil edib. Onun fikrincə, qaspıralıçılığın mahiyyəti isə “dildə, fikirdə və işdə birlik” formulunda öz əksini tapıb. Beləliklə, Türk xalqları 20-ci əsrdə iki məktəb əsasında yenidən dirilişə, oyanmağa çalışmış, bu gün də həmin ideyalar öz aktuallığını qoruyub saxlayır.

Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri