Azərbaycanlı bloqer Moskvada mənzillərini peçenye qarşılığında satıb
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer Hüseyn Həsənovun məhkəmə prosesində ittiham tərəfini təmsil edən şahid ifadə verib. O, ifadəsində qeyd edib ki, bloqer ona Moskvadakı mənzilini saxta yolla peçenye qarşılığında satıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şahidin məhkəmədəki bəyanatına əsasən, Həsənov sözügedən daşınmaz əmlakı onun adına rəsmiləşdirməyi təklif edib. Həmin şəxs əvvəlcə bu təklifdən dəfələrlə boyun qaçırmağa cəhd göstərsə də, bloqer dövlət qarşısında heç bir maliyyə öhdəliyinin olmadığını təsdiqləyən sənədləri təqdim edib. Mənzilin pulu bank seyfi vasitəsilə həyata keçirilib, lakin şahid oraya real vəsait deyil, peçenye yerləşdirib.
Alqı-satqı müqaviləsində əmlakın dəyəri 60 milyon rubl (təqribən 1.2 milyon manat) kimi qeyd edilib. Bu hüquqi əməliyyat zamanı bloqerin qardaşı Ənvər Həsənov səlahiyyətli agent qismində iştirak edib.
Qeyd edək ki, bu ilin fevralında prokurorluq qeyri-qanuni yollarla qazanılmış vəsaitlərin leqallaşdırılmasında təqsirləndirilən H.Həsənov barəsində ittiham aktını təsdiq edib. Onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 07 Aprel 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















