Icma.az
close
up
RU
Azərbaycanlı dizayner “International Design Awards” mükafatına layiq görülüb

Azərbaycanlı dizayner “International Design Awards” mükafatına layiq görülüb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mədinə Həşimli: Bu mükafata layiq görülmək böyük sevincdir

Bakı, 2 iyun, AZƏRTAC

“International Design Awards” (IDA) beynəlxalq mükafatının “Print / Posters” kateqoriyasında gümüş mükafata layiq görülmək böyük sevincdir. Los-Ancelesdə təsis edilən nüfuzlu “International Design Awards” mükafatı dünyanın müxtəlif ölkələrindən yaradıcı insanları bir araya gətirir, memarlıq, interyer, məhsul, qrafik və moda dizaynı sahələrində ən yaxşı layihələri qiymətləndirir.

Bunu AZƏRTAC-a açıqlamasında azərbaycanlı dizayner Mədinə Həşimli deyib.

O qeyd edib ki, bu il qaliblər 70-dən çox ölkədən təqdim olunan işlər arasından beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.

“Nature Doesn’t Grow on Lies” (“Təbiət yalan sevmir”) adlı işim yüksək icra keyfiyyəti, orijinal ideyası və aktual sosial mesajına görə qiymətləndirilib. Posterin konsepsiyasının əsasını uşaqlıqdan hamıya yaxşı tanış olan taxta kukla obrazları - Pinokkio və Buratino haqqında hekayələrin yeni baxışla təqdim olunması təşkil edir. Yaratdığı əsərdə Pinokkionun yalan danışanda burnunun uzanması ilə bağlı nağıl motivini real dünya ilə müqayisə etdim: təbiət illüziyalarla inkişaf edə bilməz, onun yaşaması üçün qayğı, məsuliyyət və qorunma lazımdır. Bu ideya vizual olaraq taxta personajın uzun burnunun yeni yarpaqlar açan incə budağa çevrilməsi ilə əks olunub. Bu detal ümidin, həyatın və həqiqi inkişafın simvolu kimi təqdim edilir. İllüstrasiya tam şəkildə əl işi olaraq rəqəmsal formatda Procreate proqramından istifadə edilməklə hazırlanıb”,- deyə M.Həşimli əlavə edib.

Qeyd edək ki, Mədinə Həşimli 2021-ci ildə Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib, 2023-cü ildə Bakı Dizayn Akademiyasının “Müasir qrafik dizayn” ixtisası üzrə fəxri məzunu olub. Hazırda “NARGIS” Fondunda qrafik dizayner və illüstrator kimi fəaliyyət göstərir.

Xatırladaq ki, “International Design Awards” mükafatı 2007-ci ildə “Farmani Group” tərəfindən təsis edilmiş nüfuzlu illik beynəlxalq mükafatdır. Mükafat beş əsas istiqamətdə - memarlıq, interyer dizaynı, qrafik dizayn, moda dizaynı və sənaye (məhsul) dizaynı sahələrində istedadlı gənclərin aşkar edilməsi, tanınması və təşviq edilməsi məqsədi daşıyır. Əsas məqsədi gündəlik həyatı yaxşılaşdıran və innovativ yanaşmanı nümayiş etdirən konseptual və həyata keçirilmiş layihələri ön plana çıxarmaqdır. İştirakçıların işləri nüfuzlu münsiflər heyəti - ekspertlər, memarlar və ixtisaslaşmış nəşrlərin redaktorları tərəfindən dörd əsas meyar üzrə qiymətləndirilir: orijinallıq, funksionallıq, innovativlik və estetika. Qaliblər qızıl, gümüş və ya bürünc sertifikatlarla təltif olunurlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2026 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri