Icma.az
close
up
RU
Azərbaycanlı dizayner Milanda yeni kolleksiyanı təqdim edib

Azərbaycanlı dizayner Milanda yeni kolleksiyanı təqdim edib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milan, 28 sentyabr, AZƏRTAC

İtaliyanın Milan şəhərində fəaliyyət göstərən azərbaycanlı dizayner Qalib Qasımovun təsis etdiyi “Institution” brendi növbəti dəfə beynəlxalq moda arenasında diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, dizaynerin “Collection 04 – Su” adlı yeni kolleksiyası suyun mənəvi və mədəni simvolikasından ilhamlanaraq təqdim olunub. “Su” sözü qədim Proto-türk dilindən qaynaqlanır və “su həyat və ruhun güzgüsü” mənasını daşıyır. Kolleksiyanın əsas ideyası da məhz insan və təbiət arasında əlaqənin, həmçinin ənənə ilə müasirliyin harmoniyasının modada əks olunmasıdır.

Yeni kolleksiyada ənənəvi çəpkən geyimindən ilhamlanan qadın jiletləri, əl ilə toxunmuş parçalar və unikal dizayn həlləri yer alır. Kolleksiyanın hazırlanmasında Azərbaycanın Masallı və Lənkəran bölgələrində qadın icmaları fəal iştirak edib. Burada əsasən Typha Latifolia (qamış/rüş) bitkisindən istifadə olunaraq, qədim toxuculuq ənənələri yenidən canlandırılıb.

Bundan başqa, kolleksiyaya daxil edilən bəzi əl işləri Gürcüstandakı azərbaycanlı icmalar tərəfindən toxunub. Bu işlər həm qədim Borçalı xalçaçılıq ənənələrinə istinad edir, həm də müasir materiallarla zənginləşdirilib. Məsələn, pambıq ayaqqabı bağlarından hazırlanan unikal parçalar brendin DNA-sını simvollaşdırır.

Təqdimatda xüsusi olaraq azərbaycanlı pianoçu Etibar Əsədli də çıxış edib. Onun canlı piano və DJ ifası kolleksiyaya musiqi ahəngi qataraq tədbirə xüsusi rəng verib.

Qalib Qasımov bildirib ki, “Institution”un məqsədi mədəni irsi qorumaq, qadın icmalarını dəstəkləmək və davamlı modanı təşviq etməkdir.

Kolleksiya İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təqdim olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Milan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri