Azərbaycanlı futbolçu Ukraynada əsgərlikdən qaçıb Qırğızıstana sığındı FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan milli komandasının sabiq futbolçusu Andrey Popoviç özünə yeni iş yeri tapıb.
Milli.Az xəbər verir ki, 33 yaşlı qapıçı son 3 ildə daimi yaşadığı Ukraynadan Qırğızıstana köçüb. O, "Kirqizaltın" klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb.
Ukraynanı tərk etmək niyyəti A.Popoviçdə son vaxtlar üzləşdiyi şəxsi problemlərdən sonra yaranıb. "Aqrobiznes", "Xust" kiimi aşağı liqa klublarında oynayan futbolçunu həqiqi hərbi xidmətlə bağlı tez-tez narahat ediblər. Hətta bir dəfə onu dəmiryolu vağzalında saxlayaraq, hərbi komissarlığa aparıblar.
Rusiya - Ukrayna müharibəsinə getməkdən canını qurtaran Popoviç vəziyyətdən çıxış yolunu legioenr həyatı yaşamaqda görüb. İdmançı imtiyazından istifadə edərək, ölkə sərhədlərini aşan qapıçı axır zamanlar ukraynalı futbolçuların kütləvi şəkildə üz tutduğu Qırğızıstana yollanıb.
Yeri gəlmişkən, Qırğızıstan çempionatında daha 3 azərbaycanlı Eldar Ələkbərov, Ramin Əhməov (hər ikisi "Alay") və Dmitri Nağıyev ("Muraz Yunayted") çıxış edir.
Xatırladaq ki, Andrey Popoviç "Bakı", "Sumqayıt", "Turan" və "Qəbələ" klublarının şərəfini qoruyub. O, Azərbaycanın bütün aşağı yaş qruplarından ibarət, eləcə də əsas milli komandasında forma geyinib. Nizam-intizamı və futbolçu rejimini bir o qədər də sevməyən Popoviç 2016-cı ildə ölkəmizi tərk edib. Altı illik fasildən sonra - 2022-ci ildə Azərbaycana qayıdıb, yenidən "Sumqayıt"la müqavilə bağlayıb, lakin cəmi 9 dəfə meydanaçaya çıxıb. Onun həm Azərbaycan, həm də Ukrayna vətəndaşlığı statusu var. (Offsideplus.az)
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 13 Mart 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















