Süni intellekt dövrü: 2025 ci ildə dünyanın ən zənginləri texnoloji məhsullardan nə qədər pul qazanıblar?
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İlin əvvəlindən etibarən ABŞ-nin ən zəngin 10 texnoloji milyarderinin ümumi sərvəti süni intellekt sahəsinə qoyulan investisiyalar hesabına 550 milyard dollar artıb.
Oxu.Az bu barədə "Financial Times" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, söhbət məlumat emalı mərkəzlərinin tikintisi, müxtəlif tətbiqlərin hazırlanması, çiplərin yaradılması və süni intellektlə bağlı digər texnoloji məhsullara yatırılan investisiyalardan gedir.
Bildirilir ki, ABŞ-nin texnoloji milyarderləri siyahısına İlon Mask rəhbərlik edir. "Tesla" və "SpaceX" şirkətlərinin təsisçisi, həmçinin "xAI" layihəsinin sahibi olan Maskın sərvəti ilin əvvəlindən 49 faiz artaraq 700 milyard dolları keçib.
"Forbes" jurnalının qiymətləndirmələrinə görə, süni intellekt sahəsində aparılan aktiv fəaliyyət nəticəsində 2025-ci ildə dünya üzrə 500-dən çox yeni şəxs milyarderlər siyahısına daxil olub.
Nəşr qeyd edir ki, 2025-ci ildə süni intellekt sektorunda rekord səviyyədə aktivlik müşahidə edilib. İnvestorlar bu sahəyə 200 milyard dollardan artıq vəsait yatırıblar. 2025-ci ilin yekunlarına əsasən, "Forbes"un milyarderlər siyahısına dünya üzrə 3028 nəfər daxil edilib ki, bu da ötən illə müqayisədə 247 nəfər çoxdur.
Dünyanın ən zəngin insanlarının ümumi sərvəti isə 2025-ci ildə rekord həddə - 16,1 trilyon dollara yüksəlib. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 2 trilyon dollar çoxdur. Milyarderlərin sayına görə ABŞ lider mövqedədir (902 nəfər). Onu Çin (516 nəfər) və Hindistan (205 nəfər) izləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 27 Dekabr 2025 07:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















