Azərbaycanlı futbolçunun atası Rusiya Ukrayna müharibəsində həlak oldu
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya-Ukrayna müharibəsində mingəçevirli həmvətənimiz həyatını itirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, uzun illərdir Rusiyada yaşayan, bu ölkənin güc strukturları tərəfindən məcburi qaydada döyüşlərə cəlb olunan Elnur Hüseynov gənc futbolçu Aslan Hüseynovun atasıdır.
Futbolçunun atasnın nəşi ölkəyə gətirilərək Mingəçevir şəhərində dəfn edilib. Onun əslində bir neçə ay əvvəl həlak olduğu, yalnız bu ay ölümündən xəbər tutulduğu bildirilir. Faktı saytımıza futbolçu özü də təsdiqləyib.
Qeyd edək ki, "Qarabağ"ın yetirməsi sayılan, son illər "Səbail"in akademiyasında oynayan, bu yay isə "Səbail"in əvəzedicilərdən ibarət komandasına cəlb olunan Aslan 2007-ci il təvəllüdlüdür.
Mirağa
Baxış sayı:65
Bu xəbər 21 Avqust 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















