Azərbaycanlı gənclər Stokolmda beynəlxalq konfransda iştirak ediblər
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Azərbaycanlı gənclər may ayının 12-13-də İsveçin paytaxtı Stokholmda keirilən gənclər konfransında iştirak ediblər. Budəfəki konfrans "Şərq Tərəfdaşlığı regionunda gənclərin vətəndaş məkanının genişləndirilməsi" mövzusuna həsr olunub.
İsveç Xarici İşlər Nazirliyində keçirilən görüşlərdə regionda sülhün və dayanıqlı inkişafın təmin olunmasında gənclərin rolu xüsusi vurğulanıb. İştirakçılar regional proseslərin və münaqişələrin gənclərin təhsil, eləcə də məşğulluq imkanlarına təsirlərini müzakirə ediblər.
Media savadlılığı və dezinformasiya ilə mübarizə də konfransın əsas mövzularından olub. Tədbir çərçivəsində xüsusilə rəqəmsal platformalarda yayılan dezinformasiya kampaniyalarına qarşı gənclərin müqavimətinin gücləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanlı gənclər ölkəmizdəki könüllülük fəaliyyəti, gənclərin ictimai-mədəni həyatda iştirakçılığı, regional şəbəkələşmə imkanları barədə məlumat veriblər. "EU4Youth" layihəsinin nümayəndələri ilə keçirilən görüşlərdə isə gənclərimizin Avropa proqramlarından daha səmərəli yararlanması yolları müzakirə edilib.
Tədbirin ikinci günü gəncər İsveçin nüfuzlu gənclər mərkəzi olan "Fryshuset"i ziyarət edib, sosial sahibkarlıq və gənclərlə iş sahəsində beynəlxalq metodologiyalarla tanış olublar.
Konfrans Şərq Tərəfdaşlığı regionu gənclərinin şəbəkələşməsi və rəqəmsal çağırışlara qarşı birgə mübarizə strategiyalarının qurulması baxımından mühüm platforma olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 May 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















