Azərbaycanlı hakimə UEFAdan TƏYİNAT
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.
Oxu.Az AFFA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək "Olimpiya" (Sloveniya) - "Serkl Brügge" (Belçika) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma dekabrın 12-də Lyublyana şəhərinin "Stoyitse" stadionunda baş tutacaq.
Baxış sayı:84
Mənbə:https://oxu.az