Icma.az
close
up
RU
Azərbaycanlı hakimləri “yalançı çoban” roluna kim saldı?

Azərbaycanlı hakimləri “yalançı çoban” roluna kim saldı?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xarizma - bir şəxsin öz şəxsi cazibəsi, nitqi, davranışı və daxili inamı ilə ətrafındakı insanlara güclü təsir göstərmək, onları inandırmaq və ardınca aparmaq bacarığıdı.

Cəmiyyət arasında hörmət qazanan, nüfuz qazanan şəxs sonradan özünü hörmətdən salanda “filankəsin xarizmasına yaraşmadı” deyirlər. Qardaş Türkiyədə bu cür hallarda “karizma cizildi” ifadəsindən də istifadə olunur. Xarizmasını zədələyən insanın sonra hər şeyi bərpa etməsi, öz nüfuzunu geri qaytarması xeyli çətin olur, heç də hər dəfə itirilan nüfuzu bərpa edə bilmirsən.
Azərbaycanlı futbol hakimləri indi oxşar vəziyyətdədi. Uzun müddət hakimlərimizə xaricdən gələnlər rəhbərlik etdi. Avstriyalı gördük, türkiyəli gördük, sonra da rəhbərlik belçikalıya keçdi. AFFA-da rəhbər dəyişikliyindən sonra aparılan islahatlar, nəhayət, hakimliyə də çatdı. Futbolumuzu idarə edənlər milli komanda ilə yanaşı, Hakimlər Komitəsində də əcnəbiyə ehtiyac olmadığını qəbul etdilər.
Sabiq FİFA referisi Rəhim Həsənov Hakimlər Komitəsinə rəhbər gətiriləndə buna xeyli sevinmişdim. Çünki mən hələ Həsənovu hakim kimi xeyli bəyənmişəm, onun qətiyyətli qərarlarını dəstəkləmişəm. Heç təsadüfi deyidi ki, Rəhim Həsənov Əliyar Ağayevlə birlikdə gənc yaşlarından hakim kimi özlərini təsdiqləməyi, qısa müddətdə ölkə hakimliyinin aparıcı simasına çevrilməyi bacardılar. Elə bu iki gənc hakim layiqli şəkildə FİFA referisi adını da aldı, ölkəmizi Avropanın yaşıl meydanlarında uğurla təmsil etdi. Çox təəssüf ki, kimlərsə Rəhimin hakim kimi Azərbaycan futboluna uzun müddət xidmət etməsini əngəllədi, o da sevimli sənətindən çox erkən yaşda ayrılmalı oldu. Gec-tez haqq öz yerini tapır, layiq olan öz qiymətini alır. Bunu bir daha Rəhim Həsənovun timsalında gördük, AFFA rəhbərliyi də doğru addım ataraq ona böyük etimad göstərdi.
Rəhim Həsənov rəhbər kimi də qətiyyətini göstərməyi bacarır. Hər turdan sonra mübahisəli epizodların izahını verən sədr FİFA referiləri Əliyar Ağayevlə Elçin Məsiyevin səhvlərini ictimaiyyətə açıqlamaqdan çəkinmir. Bu da şəffaflıq baxımından xeyli zəruridi. Deyəsən, kimlərəsə mövcud durum sərf etmir, hansısa qüvvələr yenidən hakimlərə olan etimadı sarsıtmağa, bu sahədə xaos yaratmağa çalışır. Təəssüf ki, bu məsələdə “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev də əsas rollardan birini oynayır. Rusiyalı çalışdırıcı bilərəkdən, ya bilməyərəkdən belə mənfur qüvvələrin əlinə oynayır. Berdıyev “Qarabağ”la oyundan sonrakı mətbuat konfransında vurulan qolun üzərində ofsayd şübhəsi saldı. Sonrada məlum oldu ki, Məsiyevin səhvi Vacini meydan qovmaması olub. “Kəpəz”lə kubok oyununda Berdıyev və köməkçisi Yunis Hüseynov dozanı bir az da artırdı. Nəticədə ikisi də önündə qırmızı vərəqə gördü.
Bu vərəqələrin cəzası AFFA İntizam Komitəsi tərəfindən verildi, “Turan Tovuz” ciddi ziyana düşdü. Məşqçilər özləri də bir neçə oyun ehtiyat oyunçular skamyasında yerlərini ala bilməyəcəklər. Buna nə gərək vardı? Başa düşürəm ki, hakimlərimizin nüfuzu zədələnib, xarizması cızılıb. Amma böhranı daha da dərinləşdirmək, onların qərarlarına hər dəfə “yalançı çoban” əhvalatındakı kimi yanaşmaq olmaz. Bu cür davranış nə “Turan Tovuz” boyda kluba yaraşır, nə də Berdıyevin yaşına-başına. Səbrli olmaq lazımdı. Ümid edirəm ki, hakimlərimiz daha az səhvə yol verəcəklər, Berdıyev və onun ətrafı da daha soyuqqanlı olacaq.
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Fevral 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri