Azərbaycanlı hücumçu Fransa futbolunun tarixinə düşdü: Doxsan illik antirekord təzələndi
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Fransa futbolunun tarixinə düşüb.
Turkustan.az xəbər verir ki, millimizin forvardı Fransa yığma komandasına bütün tarixi ərzində ən tez qolu vuran oyunçu olub.
Fransa millisinin qapıçısı Lukas Şevalye debüt matçında yığmanın tarixinə antirekordla düşüb. Son antirekord 1935-ci ildə Rene Lyense tərəfindən qeydə alınmışdı. Doxsan il öncə fransızlar 4-cü dəqiqədə qapılarında qol görüblər. Azərbaycanlı hücumçuya isə rəqibi məyus etmək üçün 3 dəqiqə 4 saniyə kifayət edib. Bu da 90 il əvvəlki antirekordun təzələnməsi ilə nəticələnib.
Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsinin son oyununda Azərbaycan yığması dünən Bakıda Fransa millisinə 1:3 hesabı ilə uduzub./oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 17 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















