Icma.az
close
up
RU
Azərbaycanlı iş qadını ortağı tərəfindən aldadıldı, aidiyyati qurumlar şikayətini təmin etmədi ŞİKAYƏT

Azərbaycanlı iş qadını ortağı tərəfindən aldadıldı, aidiyyati qurumlar şikayətini təmin etmədi ŞİKAYƏT

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

Azərbaycanlı iş qadını ortağı tərəfindən aldadıldı, aidiyyati qurumlar şikayətini təmin etmədi - ŞİKAYƏT

"İNVEST PROJE" MMC-nin həmtəsisçisi iş qadını Xədicət İsamyılova ortağı Vəliyullah Babayev tərəfindən aldadılıb.

İş qadını bu barədə Sonxeber.az – a məlumat verib. Belə ki, 02 may 2014-cü il tarixdə Bakı şəhərində bağlanılmış "müəssisədəki payın alqı-satqısı" müqaviləsinə müvafiq olaraq İsmayılova Xədicət Ömərovna bir tərəfdən, Babayev Vəliyullah Məzahim oğlu "INVEST PROJE" MMC-nin direktoru olmaqla ikinci tərəfdən razılığa gələrək həmin MMC-nin əmlakının, o cümlədən MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisindəki S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində inşa edilmiş 19 mərtəbəli yaşayış binasının tam ortaqları olmaqla hərəyə 50 faizinin sahibləri olmaqları barədə müqavilə bağlayıblar.

Xədicət İsmayılova binanın A və B bloklarının inşaasında, yəni torpaq sahəsindən vərtəndaşlara kompensasiya-pul məbləğləri ödənilməklə köçürülmələri (vətəndaşlara məxsus 37 evdən 27-si Xədicə İsmayılovanın investisiya vəsaiti hesabına həyata keçirilib), bünövrə qazılması, binanın tikilməsi, komplektləşdirilməsi işlərində bilavasitə iştirak edib.

"Lakin şərikim Babayev Vəliyullah Məzahim oğlu "INVEST PROJE" MMC-nin direktoru səlahiyyətindən, MMC-nin möhürünün onda olmasından sui-istifadə edərək, qanunvericiliyin tələblərini mütəmadi olaraq pozmuş, mənimlə ortaq olmasına baxmayaraq qadın iş adamı olduğumdan istifadə edib cinayətkarcasına hüquqlarımı pozaraq müəssisənin idarəçiliyini təkbaşına mənimsəmiş, saxta məlumatlar və sənədlər əsasında mənim xüsusilə külli miqdarda əmlak payımı, gəlirlərimi zorakılıqla ələ keçirmişdir.

Babayev Vəliyullah vəzifəsindən sui istifadə edərək sui-istifadə edərək Xədicət İsmayılovanı müəssisənin idarəçiliyindən faktiki olaraq uzaqıaşdırmaq yolunu tutmuş, MMC üzrə görülmüş işlər barədə şərik kimi ona heç bir məlumat verməmiş, öz qohumlarını və tanışlarını başına toplayaraq qadına qarşı dələduzluq və mənimsəmə cinayətləri törətmişdir.
Babayev Vəliyullah Məzahim oğlu eyni zamanda qanunsuz hərəkətlərini davam etdirərək "İNVEST PROJE" MMC-nin direktoru statusundan və səlahiyyətlərindən sui-istifadə edərək obyektdə görülmüş tikinti-quraşdırma işlərinin həcmini və qiymətini süni şişirtməklə müəssisənin gəlirlərini və əmlakını saxtakarlıq yolu ilə mənimsəmiş, vergiləri gizlətmiş, müəssisədə məcburi illik auditin aparılmasını qəsdən təşkil etməmidir ki, bunlar da korrupsiya cinayətidir", - deyə İsmayılova bildirib.

Şikayətçi qadın bildirir ki, məsələ ilə bağlı aidiyyati qurumlara şikayət etsə də, onun şikayəti təmin olunmayıb:

"Mənim bu barədə AR Baş Prokuroruna və Daxili işlər Nazirliyinə 2023-cü ilin noyabr ayında ünvanladığım birinci şikayətim araşdırılması üçün Bakı şəhəri Xətai rayon Polis idarəsinə göndərilmişdir və həmin polis idarəsində baxmayaraq ki, mənim izahatım alınmışdır, Babayev Vəliyullah Məzahim oğlunun korrupsiya cinayətləri barədə təxminən 300 vərəqədən ibarət sənədləri müstəntiqə təqdim etmişdim, bütün bunlara baxmayaraq şikayətimə səthi və qeyri obyektiv yanaşılaraq iş süründürülmüş, guya şikayətim üzrə araşdırmanın davam etdirildiyi barədə mənə uzun müddət yalan məlumatlar verilmişdir, halbuki sonradan, yəni bir neçə gün əvvəl 2024-cü ilin dekabr ayının əvvəllərində mənə məlum olmuşdur ki, şikayətim üzrə hələ 8 ay əvvəl, yəni 2024-cü ilin mart ayında araşdırma dayandırılaraq iş arxivə verilmiş, mənə isə formal cavab yazılaraq işə tikilmiş, faktiki mənə cavab göndərilməmişdir
Mən hüquqşünas olmasam da bir iş adamı olaraq hesab edirəm ki, "İNVEST PROJE" MMC-nin direktoru kimi Babayev Vəliyullah Məzahim oğlu vəzifəli şəxs olmaqla və mən bir qadın iş adamı olmaqla onun mənə qarşı etmiş olduğu vəzifədən sui-istifadə, dələduzluq, mənimsəmə və rüşvət vermə kimi iri korrupsiya cinayətləri barədə təqdim etdiyim faktlar aidiyyəti üzrə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmalıdır.
Məhz aidiyyəti səlahiyyətli orqana, yəni AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmədiyindən "İNVEST PROJE" MMC-nin vəzifəli şəxsi, direktoru Babayev Vəliyullah Məzahim oğlunun açıq-aşkar korrupsiya cinayətləri barədə şikayətim səhvən polis orqana göndərilərək orada ört-basdır edilərək baxılmamışdır".

Xədicət İsmayılova məruz qaldığı dələduzluqla bağlı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb:

"Hörmətli Mehriban xanım, "INVEST PROJE" MMC-nin vəzifəli şəxsi, direktoru Babayev Vəliyullah Məzahim oğlunun korrupsiya cinayətlərindən külli miqdarda zərər çəkmiş və zərər çəkməkdə davam edən bir qadın iş adamı kimi məni şəxsən qəbul etməyinizi, hazırkı və əvvəlki şikayətlərimi, bununla bağlı toplanılmış bütün materialların polis orqanından götürülüb aidiyyəti üzrə araşdırılması, mənə vurulmuş külli miqdarda zərərin bazar qiymətləri ilə tam ödətditilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə göstəriş verilməsini xahiş edirəm.
Araşdırma zamanı "İNVEST PROJE" MMC-nin direktoru Babayev Vəliyullah Məzahim oğlunun digər korrupsiya cinayətləri barədə əlavə məlumatlar da tərəfimizdən təqdim ediləcəkdir".

Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 11 Dekabr 2024 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see354

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see197

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri