Azərbaycanlı jurnalist xaricdə vəfat edib
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Əslən Qubadlı rayonunun Məmər kəndindən olan jurnalist Əli Səlimov (Əli Xasayoğlu) dünən Almaniyada vəfat edib
Modern.az xəbər verir ki, bu barədə onun dostu Vahid Səfərov sosial şəbəkədə bildirib.
Mərhumun 59 yaşı vardı.
Əli Səlimov Qubadlının “Bərgüşad” qəzetində əmək fəaliyyətinə başlayıb. O, 1990-cı illərin ortalarından 2010-cu ilədək Əli Xasayoğlu imzası ilə “Azərbaycan işıqları”, “Azərbaycan”, “Zaman”, "Xalq cəbhəsi" qəzetlərində jurnalist kimi fəaliyyət göstərib. Daha sonra ailəsilə birgə Almaniyaya köçüb və orada yaşamağa başlayıb…
Mərhumun Almaniyada - Berlində dəfn olunacağı bildirilib. Jurnalistin bir oğlu, bir qızı yadigar qalıb.
Allah rəhmət eləsin!
Baxış sayı:120
Bu xəbər 05 Mart 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















